SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərsu" ASC-də gözlənilməz dəyişiklik - Vitse-prezident istefa verdi

"Azərsu" ASC-də gözlənilməz dəyişiklik - Vitse-prezident istefa verdi

Tarix:

23-01-2018, 12:44

/ 3 567 dəfə oxundu.
"Azərsu" ASC-də gözlənilməz dəyişiklik - Vitse-prezident istefa verdi

"Azərsu" ASC-də gözlənilməz dəyişiklik baş verib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, ASC-nin vitse-prezidenti Mahir Məmmədov vəzifəsindən azad edilib.

O, ötən həftənin 5-ci günü istefa ərizəsini sədr Qorxmaz Hüseynova təqdim edib və bundan sonra işdən ayrılıb.

Mahir Məmmədovun adı və fotosu artıq qurumun rəsmi saytından da götürülüb.

Onu da qeyd edək ki, M.Məmmədov əvvəllər ASC-nin maliyyə məsələləri üzrə vitse-prezidenti, sonradan isə nəqliyyat üzrə vitse-prezidenti vəzifəsinə keçirilmişdi.

Şərhlər

XƏBƏR LENTİ