SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vidadi Əliyevin parnikində insanlar qul kimi işlədilir - Şikayət

Vidadi Əliyevin parnikində insanlar qul kimi işlədilir - Şikayət

Tarix:

23-01-2018, 12:30

/ 1 754 dəfə oxundu.
Vidadi Əliyevin parnikində insanlar qul kimi işlədilir - Şikayət

Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi Vidadi Əliyev Xəzər rayonunun Zirə qəsəbəsindəki parniklərində çalışan insanları qul kimi işlədir.

Bu barədə Qlobal.az-a məlumat verilib.

Məlumata görə, Vidadi Əliyevin bəzi vəzifəli şəxslərlə şərik olduğu parniklərdə əsasən pomidor və xiyar tərəvəzləri yetişdirilir. Bu parniklərdə çalışan insanların əksəriyyətinin azyaşlı olduğu və buna görə də vergidən yayınma hallarının baş verdiyi deyilir. Parniklərdə aparılan işlərə Vidadi Əliyevin yaxın qohumları nəzarət edir.

Qeyd edək ki, Vidadi Əliyevin milyonlara sahib olmasının kökündə onun vaxtilə ölkənin ən hörmətli nazirlərindən biri ilə dost olması dayanır. Ancaq bir müddət sonra Vidadi Əliyevin uyğunsuz hərəkətinə görə həmin nazirin yanında etimadını və vəzifəsini itirdiyi, sonradan isə həbs həyatı yaşadığı deyilir.

Xatırladaq ki, bir müddət öncə Vidadi Əliyevin mətbuatda qalmaqallı videosu yayılmışdı. Həmin videoda V.Əliyev məmura yaraşmayan ifadələrlə vətəndaşı təhqir edirdi.

Həmin videonu təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ