SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Struktur islahatları nazirlik və komitələrdə narahatlığa səbəb olub - GƏLİŞMƏ

Struktur islahatları nazirlik və komitələrdə narahatlığa səbəb olub - GƏLİŞMƏ

Tarix:

23-01-2018, 10:51

/ 1 530 dəfə oxundu.
Struktur islahatları nazirlik və komitələrdə narahatlığa səbəb olub - GƏLİŞMƏ

Ölkəmizdə böyük struktur və kadr dəyişikliyinin baş verəcəyi ilə bağlı ekspertlərin proqnozları bəzi nazirlik və komitələrdə çalışanlar arasında narahatlıq yaradıb. Hətta Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də proqnozlaşdırılan struktur islahatları ilə bağlı məsələyə reaksiya verib.
A. Əliyev Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi ilə bağlı bəzi ekspertlərin fikirlərini şərh edərkən deyib ki, dünyada digər qurumlarla birləşik fəaliyyət göstərən gömrük xidmətləri olsa da, Azərbaycanda müstəqil fəaliyyət göstərir.
A. Əliyev qeyd edib ki, Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsini hökümət özü müəyyənləşdirib qərar verməlidir.
Reyting.az-ın əldə etdiyi məlumatda isə bildirilir ki, artıq gömrük və vergi sistemində çalışan bəzi şəxslər iki qurumun birləşdiriləcəyindən narahat olmağa başlayıblar:
“Mikayıl Cabbarov vergilər naziri təyin edildikdən sonra həmin nazirlikdə xeyli vəzifəli şəxs işini itirib. Bu proses bu gün də davam edir”,- deyən mənbəmiz qeyd edib ki, proqnozlaşdırılan struktur islahatları Gömrük Komitəsi əməkdaşlarının narahatlıqlarını artırıb:
“Bəzi gömrükçülər bildirir ki, iki qurum birləşərsə, xeyli sayda işçi ya ixtisara salınacaq, ya da hansısa bir bəhanə ilə işdən kənarlaşdırılacaq. Açıq demək lazımdır ki, bütün bunlar gözləniləndir. Əgər işçi sayı azalmayacaqsa, bəzi şöbələr ləğv olunmayacaqsa, o zaman bu birləşmənin də mənası olmaz. Əslində, bu birləşmə daha çevik idarəetmə üsulundan çox, dövət xərclərinə qənaət məqsədi daşıyır. Bu səbəbdən də ixtisarlar qaçılmaz olacaq”
Məlumatlı şəxs deyib ki, Dövlət Dəniz Administrasiyası ilə Dövlət Mülki Aviasiya Administrasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verilməsi müsbət addımdır:
“Əlbəttə, nəqliyyatla bağlı qurumların bir mərkəzdən idarə olunması parakəndliyi aradan qaldırmaqla yanaşı, həm də bir çox izafi xərcərə də qənaət imkanı yaradacaq. Düşünürəm ki, nazir Ramin Quluzadə hər iki qurumun rəhbər heyətinin böyük hissəsini də vəzifədən uzaqlaşdıracaq”.
Mənbəmiz qeyd edib ki, məlum fərmandan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının 190 ştat vahidi arasında Əli Abbasovun dövründən qalan nazir müavinləri İltimas Məmmədovla Elmir Vəlizadənin də postlarından uzaqlaşdırılmasını yüksək dəyərləndirir:
“Həbs edilən rabitəçilərin məhkəmə prosesində səslənən ittihamlardan aydın idi ki, bunlar nəinki nazir müavini vəzifəsində qalmağa layiqdir, əksinə, onlar da indi həbsdə olmalı idilər. Hər iki keçmiş nazir müavini əlavə daha 2 il azadlıqda və vəzifədə qalmalarına görə Ramin Quluzadəyə minnətdar olmalıdır”.
Mənbə deyib ki, adıçəkilən nazirliyin əsasnaməsinin təsdiqindən sonra bu nazirlikdə iki ildir boş qalan bir çox vəzifələrə də təyinatlar yaxın günlərdə reallaşa bilər: “Hesab edirəm ki, super nazirliyə çevrilmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaxın müddətdə yeni nazir müavinləri və digər boş qalmış şöbələrin rəislərini görə biləcəyik”.
Ekspertimiz ehtimal edir ki, struktur islahatları ilə yanaşı, bəzi nazir və komitə sədri də vəzfədən uzaqlaşdırılacaqlar. “Fazil Məmmədovdan sonra vəzifəsini itirmək növbəsi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova çata bilər”,- deyə mənbəmiz fikrini tamamlayıb.

Şərhlər

XƏBƏR LENTİ