SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Seks üçün ən uyğun gün hansıdır...

Seks üçün ən uyğun gün hansıdır...

Tarix:

23-01-2018, 10:36

/ 3 684 dəfə oxundu.
Seks üçün ən uyğun gün hansıdır...

Seks haqqında bildiyimiz, eşitdiyimiz məlumatların heç də hamısı düzgün deyil. Bəziləri həqiqətdən çox uzaq, bəziləri əfsanədən ibarətdir. Londonlu mütəxəssislər isə seksdə nəyin yanlış, nəyin doğru olduğu haqqında araşdırma aparıblar. Həmin araşdırmanı təqdim edirik.
- Mütəxəssislərin fikrincə, seks üçün ən yaxşı zaman həftə sonudur fikri səhvdir. Seks üçün ən uyğun gün cümə axşamıdır. Səbəbi isə həftə ərzində yığılan stressin cümə axşamı günü pik nöqtəyə çatmasıdır. Bu səbəbdən də seks hormonları həftənin bu günü ən yüksək səviyyədə olur.
- Seks stressi azaldır. Bu, doğru fikirdir. Araşdırma sübut edib ki, kütlə qarşısında çıxışdan və digər stress yaradan fəaliyyətlərdən sonra sekslə məşğul olmaq stressi azaldır.
- Seks zəkanı artırır. Tamamilə doğrudur. Araşdırmaya görə, seks beyindəki uzunmüddətli yaddaş meydana gətirən hipokamp neyronlarının yaradılmasını təmin edir. Bu fakt siçanlar üzərində test edilib, lakin hələ insanlar üçün təsdiqlənmiş hesab edilmir.
- Fantaziyası olan yalnız kişilərdir. Səhvdir. Qadınların 80%-i partnyorlarından başqa kişilər haqda seksual fantaziyalara sahibdirlər. Kişilərdə isə bu nisbət 98%-dir.
- Sekslə məşğul olarkən daha çox kalori yandırırıq fikri səhvdir. Tədqiqatçıların fikrinə görə, qadınlar seks zamanı 4.2 kalori, qaçış trenajoru üzərində isə 7.2 kalori yandırır. Kişilər seks nəticəsində 3.1 kalori, qaçış trenajorunda isə 9.2 kalori yandırır
- Spirt qadının cinsi impulsunu artırır. Doğru fikirdir. Az miqdarda qəbul edilən spirt qadınlarda müvəqqəti olaraq kişi seks hormonu olan testosteronun artmasına səbəb olur. Bu da libidonu təşviq edir.

Seks statistikası

Yaşı 50-dən çox olan cütlüklərin 1/4-i sekslə məşğul olmur. 20-30 yaşlarında olan cütlüklər ayda 8-9 dəfə sekslə məşğul olur. Münasibət müddəti 2 ili keçdikdən sonra sekslə məşğul olma sayı ayda 6-ya düşür.

Şərhlər

XƏBƏR LENTİ