SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Aylar sonra ”vurulan” məmur: Musa Pənahovun Moldova səltənətinin gerçəkləri

Aylar sonra ”vurulan” məmur: Musa Pənahovun Moldova səltənətinin gerçəkləri

Tarix:

23-01-2018, 10:18

/ 2 706 dəfə oxundu.
Aylar sonra ”vurulan” məmur: Musa Pənahovun Moldova səltənətinin gerçəkləri

Prezident İlham Əliyev 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunu təsdiq edib
Prezidentin təsdiq etdiyi struktur sənədində keçmiş nəqliyyat nazirinin müavinləri Arif Əsgərov və Musa Pənahov sözügedən sənəddə yer almayıblar.
Onlar nazir müavini vəzifələrindən azad olunublar. M.Pənahov Z.Məmmədovdan sonra vəzifəsində qalırdı.
Ötən ilin iyununda Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunmuşdu. Lakin qəfildən “vurulan” nazir müavini ilə görünür işləmək istəməyiblər.
Bundan sonra onun biznesinin başına qayıdacağı gözləniləndir. Necə ki, Füzuli Ələkbərov oxşar addımı atmışdı. M.Pənahov biznes səltənətinə malik məmur idi.
Musa Pənahovun oğlunun 10-dan çox bahalı avtomobili var və bu maşınlar sayı 10-u aşan villalarının həyətində dayanır.
Fuad Pənahov isə özü isə çox vaxt "10 RR 200", "10 ER 200" nömrəli "Range Rover", "Porsche" markalı avtomobillərilə və mühafizəçilərin müşayiəti ilə gəzir.
Vyanada ali təhsil alsa da ərəb şahzadələri kimi həyat tərzi keçirir. Digər oğlu Kənan Pənahov isə Londonda təhsil alıb və avtomobil həvəsində qardaşından geri qalmır.
Musa Pənahovun oğlu üçün yaratdığı biznes imperiyasına ötən ilə qədər Azərbaycanda bir çox yolun tikintisini həyata keçirən "Todler" şirkəti də daxildir. Şirkət İtaliya mərkəzli bilinsə də əslində Musa Pənahova məxsus olub.
Bakı Beynəlxalq Ticarət Limanınında podratçı şirkət kimi fəaliyyət göstərən "Evroscon" şirkəti də sabiq nazir müavininin biznes imperiyasına daxildir və limanda əksər işləri həyata keçirib. Həmin tenderi udmasında Musa Pənahovun böyük "əməyi" olub.
Musa Pənahovla Ziya Məmmədovun şəxsi tanışlıq və dostluq münasibətlərinin uzun illik tarixçəsi var.
Belə ki, əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayan Musa Pənahov elə o zamanlardan Ziya Məmmədovun ən yaxın adamlarından biri hesab olunurdu.
Elə onun parlaq karyerası da məhz Ziya Məmmədovla yaxın dostluq əlaqələrinə görə reallaşıb.
O, 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini və rəisi vəzifəsində çalışarkən də onun başlıca himayədarı məhz Ziya Məmmədov idi.
Musa Pənahov özünün biznes strukturlarını tam olaraq Moldovaya köçürüb. Musa Pənahov Moldovanın sabiq prezidenti Vladimir Voroninlə qudadır.
Belə ki, Musa Pənahovun oğlu bir neçə il bundan öncə Voroninin nəvəsi ilə ailə həyatı qurub.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ