SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yalandan uşağının xəstə olduğunu deyən qadından şok dələduzluq

Yalandan uşağının xəstə olduğunu deyən qadından şok dələduzluq

Tarix:

22-01-2018, 17:05

/ 1 287 dəfə oxundu.
Yalandan uşağının xəstə olduğunu deyən qadından şok dələduzluq

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahilə Atamovaya hökm oxunub.

Hakim Səbuhi Hüseynov icraatında olan prosesdə məhkəmənin hökmü ilə S.Atamova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, 2011-ci ildə zərərçəkmiş Zəfər Quliyevin evindən 75 min manatlıq qızıl oğurlanıb. 5 il sonra oğrular müəyyən edilib – Z.Quliyevin arvadı Elnurə və onun rəfiqəsi Sahilə Atamova. Araşdırma zamanı məlum olub ki, S.Atamova tanışı Elnurəyə ailə üzvlərinin yaxın günlərdə öləcəyini, “xram” adlanan ruh vasitəsilə bu bədbəxt hadisənin qarşısını ala biləcəyini deyib. Əvəzində isə ondan qızılları istəyib. Razılaşmaya görə Elnurə evin qapısını açıq qoyaraq çıxıb, “xram” isə məsələni həll edib, yəni S.Atamova evdən qızılları götürərək çıxıb. Elnurə Əhmədova daha sonra bacısının evini sataraq pulu Sahiləyə verib.

S.Atamova isə özünü təqsirli bilməyərək deyib ki, xəstə olduğu üçün E.Əhmədova onun müalicəsinə kömək etmək üçün bu pulları özü verib.

S.Atamovanın digər qurbanı isə Feysbukda tanış olduğu Tural Həsənov olub. Onunla görüşdə uşağının xəstə olduğunu deyərək 14 min dollar alıb.

Şərhlər

XƏBƏR LENTİ