SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kərəm Həsənovun 68 milyon taladığı kombinatın fəhlələri ayağa qalxdı

Kərəm Həsənovun 68 milyon taladığı kombinatın fəhlələri ayağa qalxdı

Tarix:

22-01-2018, 12:54

/ 1 642 dəfə oxundu.
Kərəm Həsənovun 68 milyon taladığı kombinatın fəhlələri ayağa qalxdı

“Daşkəsən Filizsaflaşdırma” kombinatının fəhlələri Yeni il bayramı axşamını yavan çörəklə keçiriblər.
Rayonun əksər dükanlarını qapısını döy, nisyə dəftərlərində kombinatın fəhlələrinin adları var. Kimisi 300 manat, kimisi 500, kimisi 250 manat borcludur: un satana, çörək satana, yağ satana…

► Səlim Müslümov və Baba Rzayev borca oturdub

Fəhlələr aylardır ki, əmək haqlarını ala bilmirlər. Onların sözlərinə görə, “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib.
Müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulub. Həmin gündən 1 il 6 ay vaxt keçib, müəssisə özəlləşdirilməyib.
Kombinatın 340 işçisi var. Vaxtilə 2500 nəfər işləyib. 2015-ci ildə müəssisə fəaliyyətini tam olaraq dayandırıb. Əmlak komitəsinin balansında olan müəssisəyə Ələddin Sadıqov rəhbərlik edib.
Onun komitə rəhbəri Kərəm Həsənovun yaxın adamı olduğunu deyirlər. Ə.Sadıqov K.Həsənovla əlbir olaraq kombinatı talan ediblər, materiallarını satıblar.
Ə.Sadıqov vergi, sosial sığorta, elektrik enerjisinə görə borcları vaxtında ödəməyib. Yeni təyin olunan Fərid Əsədov isə hesaba pul yatıra bilmir.
Dövlət Sosial Müdafiə Fondu, ”Azərişıq” müəssisənin hesabına sərəncam qoyub. Müəssisəni milyonlarla manat borca salıblar. Nəticədə əziyyəti çəkən fəhlələrdirlər. Onlara verilən maaş borca gedir.

► İki məmur 68 milyon avronu necə yeyib?

Fəhlələrin sözlərinə görə, onların çıxardığı konsentratın tonunu 6-7 manata rəsmiləşdiriblər. Sonra Gürcüstanın Poti limanına daşıyıblar, oradan da Çinə tonu 78 avrodan satıblar.
Müəssisənin hesabına 68 milyon avro pul gəlməli imiş. Amma hamısını Ə.Sadıqov mənimsəyib. Təbii ki, K.Həsənovun hamiliyi altında…
“Daşkəsən Filizsaflaşdırma” ASC 2016-cı ilin martın sonundan bu günə qədər 4 dəfə satışa çıxarılıb.
Rəsmi məlumatlarda qeyd olunur ki, müsabiqəyə investorlardan müraciət olmayıb. Müəssisənin fəhlələri isə bu fikirlə razı deyillər. Onların sözlərinə görə, özəlləşməyə qarşı çıxanlar var.
“Ələddin Sadıqov bizə əmək haqlarımızı vermirdi, əvəzində eşidirdik ki, Bakıda, Gəncədə obyektlər alırdı, Gürcüstanda hoteldən belə alıb. Müəssisəni böyrü üstə qoydu”,-fəhlələr belə deyirlər…

AzEuroNews.com
Kərəm Həsənovun 68 milyon taladığı kombinatın fəhlələri ayağa qalxdı
Kərəm Həsənovun 68 milyon taladığı kombinatın fəhlələri ayağa qalxdı
Kərəm Həsənovun 68 milyon taladığı kombinatın fəhlələri ayağa qalxdı
Kərəm Həsənovun 68 milyon taladığı kombinatın fəhlələri ayağa qalxdı
Kərəm Həsənovun 68 milyon taladığı kombinatın fəhlələri ayağa qalxdı

Şərhlər

XƏBƏR LENTİ