SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)

Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)

Tarix:

22-01-2018, 12:03

/ 7 551 dəfə oxundu.
Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)

Cənab Prezident İlham Əliyev vaxtaşırı olaraq keçirdiyi müşavirələrdə, əhali ilə görüşlərində dəfələrlə bəyan edir ki, məmur xalqa xidmət etməlidir, daha ona yuxarıdan aşağı baxmamalı, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməməlidir. Amma buna baxmayaraq, bəzi məmurlar ölkə rəhbərinin bu çağırışlarına məhəl qoymur, vəzifə səlahiyyətlərindən öz şəxsi məqsədlərini həyata keçirmək üçün istifadə edirlər.
Barəsində söhbət açacağımız polis leytenantı Fərid Həşimov da belə məmurlardandır. Gənc olmasına rəğmən çoxsaylı qanunsuzluqlara imza atan, vəzifəyə “dədə mülkü” kimi baxan F.Həşimov bir müddət öncə Yasamal rayon Polis İdarəsinə işə düzəlir. Əyninə zabit mundiri geyinən 30 yaşlı F.Həşimovla bağlı həngamələr də bundan sonra başlayır.
Polis zabiti nə qədər qəribə görünsə də, bir qadına qarşı zorakılıq edir. Onun bu fəaliyyətindən çalışdığı qurumun qaynar xəttinə, 102 xidmətinə şikayət olunur. Bu dəfə də şəxsi əlaqələri onun dadına çatır və bu işin bağlanmasına nail olur. Hər vəziyyətdən “ustalıqla yayınmağı” bacaran zabit bundan sonra Yasamal rayonundan Masallı rayonuna “perovod” alır. İddialara görə, F.Həşimov Masallıda çalışarkən narkotik istifadəçilərinə aylıq “haqq qoyur”. Bu işdə isə ona narkotik istifadəçisi olan əmisi yardım edir. Məhz onun vasitəçiliyi ilə narkotik istifadəçiləri ilə “doğmalaşa” bilir. Amma bu “mehriban dostluq” uzun davam etmir. Onun bu əməlindən xəbər tutan rəhbərlik dər hal onu rayondan qovur və bu dəfə səsi Qobustan rayonundan gəlir.
Şəkillərdən göründüyü kimi, F.Həşimov yüngül həyat tərzinə meyllidir. Verilən məlumatlara görə, polis zabiti eşi-işrət həyatı keçirir və kef məclislərindən qalmır.
1. Fotodan göründüyü kimi, sürdüyü maşın əlavə avadanlıqlarla təhciz olunub. Sadə vətəndaşın bu cür avtomobilə sahib olması faktiki olaraq mümkün deyil.

2. Cənab zabit nəinki bu fəaliyyətini gizlətməyə çalışır, əksinə səbəbkar və iştirakçısı olduğu kef məclislərindən görüntüləri sosial şəbəkələrdə paylaşır.

3. Qobustan-Bakı yolunu “su yolu”na döndərən Fərid Həşimov demək olar hər gün Bakıya üz tutur və paytaxtda özünə dəbdəbəli məclislər qurur.

4. Fotolardan məlum olur ki, bu polis zabiti maşın sürməyə də əyləncə kimi baxır və nə az-nə çox, maşının 20-ə yaxın MMX-sı var. Dəfələrlə qırmızı işıqfordan keçməsi haqda saxlanma əmrinin olmasına baxmayaraq, bu məsələdə də “hünərli” olmağı bacarır. Avtomobil bu qədər qanunsuzluqlarda iştirak etməsinə baxmayaraq F.Həşimovun idarəsində qalmaqdadır.

5. Digər fotodan görünür ki, idarə etdiyi avtomobilə məhkəmənin qərarı ilə məhduduyyət qoyulub. Lakin polis mundiri bundan da qanunsuz yolla yayınmağı bacarır.

6. Şəkil paylaşmaq azarına mübtəla olan bu zabit xidməti post patrul maşınını da sosial şəbəkələrdə öz “həyat hekayəsi”nə əlavə edir.

7. Adama sual verən lazımdır, sən nə qədər məvacib alırsan ki, bu qədər dəbdəbəli həyatı polis maaşına sığdıra bilirsən. Axı sənin birnəfəsə başına çəkdiyin bir vikskinin qiyməti 80 AZN-dən ucuz deyil.

8. Sosial şəbəkələrə yerləşdirdiyi video-görüntülərdən görünür ki, polis zabiti avtomobilin dizaynında ciddi dəyişikliklər edib və bu qanunsuzluğa rəğmən ona “gözün üstə qaşın var” deyən yoxdur.

Daxili İşlər naziri, general-polkovnik, Cənab Ramil Usubovun bunca təvazökar, sadə həyat tərzinə üstünlük verməsi, hər bir ölkə vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı olaraq görməsi qarşılığında kiçik rütbəli bir polis zabitinin bu cür qudurğan həyat keçirməsi böyük suallar doğurur. Yəqin ki, nə zamanda ona da dur deyən tapılacaq.

Bakunews.az

Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)
Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)
Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)
Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)
Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)
Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)
Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)
Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)
Polis adına utanc gətirən zabit - Ona dur deyən tapılacaqmı? – FOTOLAR (VİDEO)

Şərhlər

XƏBƏR LENTİ