SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Binəqədidə yolu satıb yerinə obyekt tikdilər, o da çökdü - VİDEO

Binəqədidə yolu satıb yerinə obyekt tikdilər, o da çökdü - VİDEO

Tarix:

18-01-2018, 13:39

/ 1 769 dəfə oxundu.
Binəqədidə yolu satıb yerinə obyekt tikdilər, o da çökdü - VİDEO

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində inşa edilməkdə olan tikili çöküb.

Binanın ətrafında əhalinin gediş-gəlişi tam məhdudlaşdırılıb.

İnşaat işləri zamanı tikinti normalarına əməl olunmadığı bildirilir.

Qeyd edək ki, düz piyada keçidinin yanında, özü də bundan əvvəl avtobus dayanacağı olmuş yerdə tikilən obyekt hətta yolun hərəkət hissəsinə də çıxıb. Həmçinin vaxtilə səki ilə yolun hərəkət hissənin arasında olan yaşıllıq zolağında tikilən bu obyekt tam olaraq maneə yaradır.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bir müddət öndə Lider TV-nin "Səda" xəbərlər buraxılışında Binəqədi rayon icra hakimiyyətinin dayanacağı sataraq yerində obyekt tikdirməsi sərt tənqid edilmişdi. Süjetdə həmçinin qeyd olunub ki, bu obyekt şəhərsalma və tikinti məcəlləsinə ziddir. Aparıcı isə deyib ki, maraqlıdır ki, bu qədər problem yaradan obyektin icra hakimiyyəti tərəfindən verilmiş hüquqi sənədləri də var.

Şərhlər

XƏBƏR LENTİ