SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev Davosda çıxış edəcək

İlham Əliyev Davosda çıxış edəcək

Tarix:

18-01-2018, 10:11

/ 1 338 dəfə oxundu.
İlham Əliyev Davosda çıxış edəcək

Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi iqtisadi forumda iştirak etmək məqsədilə Davosa səfər edəcək.

İqtisadi forumunun saytına istinadən xəbər veririk ki, Azərbaycan lideri Davosda “Strateji proqnoz: Avrasiya” sessiyasında çıxış edəcək.

"Siyasi dəyişikliklər, struktur islahatları və texnoloji innovasiyalar regionun strateji perspektivlərini necə dəyişir. Qlobal dəyişikliklər, milli prioritetlər və yerli tendensiyaların Avrasiyada sosial-iqtisadi kontekstinin necə dəyişdiyini öyrənin”, - deyə sessiya barədə məlumatda bildirilib.

Prezident İlham Əliyevlə yanaşı sessiyada Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstan baş nazirinin müavini Erbolat Dosaev, Beynəlxalq Ticarət Mərkəzinin direktoru Aranca Qonsales Laya, “The Foreign Policy Group”-un baş redaktoru Conatan Tepperman, “VEON” şirkətlər qrupunun icraçı direktoru Jan İv-Şarle çıxış edəcək.

Davos iqtisadi forumu çərçivəsində baş tutacaq “Strateji proqnoz: Avrasiya” sessiyası yanvarın 23-də yerli vaxtla 17:00-da (Bakı vaxti ilə 20:00) baş tutacaq.

Qeyd edək ki, Davos Forumu 23-26 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək. Ümumilikdə isə hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir. Forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır.

Şərhlər

XƏBƏR LENTİ