SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » 5 gün sonra 91 yaşı olacaqdı... - Xalq artisti vəfat etdi

5 gün sonra 91 yaşı olacaqdı... - Xalq artisti vəfat etdi

Tarix:

17-01-2018, 16:59

/ 1 955 dəfə oxundu.
5 gün sonra 91 yaşı olacaqdı... - Xalq artisti vəfat etdi

Bu gün xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib. Bu barədə rəqqasın nəvəsi Kərim Qambayzadə məlumat verib.

Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah “Təzə Pir” məscidində baş tutacaq.

Qeyd edək ki, rəqqasın 5 gün sonra 91 yaşı olacaqdı.

Xatırladaq ki, Böyükağa Məmmədov 1960-cı ildə “Cücələrim” rəqs ansamblına rəhbərlik etməyə başlayıb.

Məmmədov ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 əməkdar artist, 2 SSRİ xalq artisti, eyni zamanda 2 xalq artisti yetişdirib. Dünyanın 121 ölkəsində Azərbaycan incəsənətini layiqincə təmsil edib.

O, Azərbaycan SSRİ xalq artisti və əməkdar müəllim fəxri adlarına layiq görülüb.

Şərhlər

XƏBƏR LENTİ