SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yasamal rayon sakini ölümlə üz-üzə - Hacıbala Abutalıbov: "büdcədə pulumuz yoxdu! GET GÖZLƏ..." FOTOLAR

Yasamal rayon sakini ölümlə üz-üzə - Hacıbala Abutalıbov: "büdcədə pulumuz yoxdu! GET GÖZLƏ..." FOTOLAR

Tarix:

17-01-2018, 16:28

/ 1 641 dəfə oxundu.
Yasamal rayon sakini ölümlə üz-üzə - Hacıbala Abutalıbov: "büdcədə pulumuz yoxdu! GET GÖZLƏ..." FOTOLAR

Bakı şəhəri Yasamal rayon sakini M.Muxtarov küçəsi, ev 102-də yaşayan Nərgiz Abuzər qızı Həsənova müraciət edərək yaşadığı mənzildə ölümlə üz-üzə qaldıqların qeyd edib. Ailə üzvləri ilə birlikdə mənzili tərk edərək kirayə mənzildə yaşamaq məcburiyyətində qaldığın qeyd edən N.Həsənova çarəsiz olduğun dilə gətirib.
N.Həsənova yaşadığı mənzilin döşəmə və dayaq divarlarının çatlaması və çökməsi nəticəsində hər an qəza törənə biləcəyini qeyd edib. Məsələ ilə bağlı Yasamal rayon İcra hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova dəfələrlə müraciət etdiyini amma bununla bağlı heç bir tədbirin görülmədiyini qeyd edir. BŞİH-nin başçısı H.Abutalıbovla görüşmək istəyən N.Həsənova aylarla gözləməsinə baxmayaraq bu günə kimi görüşə bilməyib. N.Həsənova həmçinin qeyd edib ki, Birinci Vitse-prezidentin qəbuluna yazılarkən vaxt təyin edilir və dərhalda şikayətçi şəxslər qəbul edilərək şikayətləri dinlənilir. Amma BŞİH-nin başçısının qəbuluna yazılmağımıza baxmayaraq onun heç cürə qəbuluna düşə bilmirik – deyə şikayətçi xanım vurğulayıb.
Hacıbala Abutalıbovun qəbul etməkdən imtina etdiyi xanım N.Həsənovanı daha sonra BŞİH-nin Nəzarət şöbəsinin müdiri İsmayılov Zülfəli qəbul edib. Zülfəli İsmayılov Nərgiz Həsənovanı qəbul edərək ona başçının sözlərini çatdırmaqla mükəlləf olduğun bildirdikdən sonra qeyd edib ki, cənab başçı deyir nə vaxt büdcəyə pul ayrılarsa o zaman həmin xanımıda nəzərə alaraq ona yardım edəcəyik.
BŞİH-nın şöbə müdirinin dediyindən belə çıxır ki, insanların ghəak olmasından sonra hər hansı yardım ediləcək. Axı atalar yaxşı deyib “daldan atılan daş topuğa dəyər”. Cənab Zülfəli İsmayılov görəsən Bakı Şəhər İcra Hakimiyyətinin tikinti və ya yenidən qurma briqadasında bu evin qəzalı haldan qurtulması üçün heç bir imkanlar mövcud deyilmi ki, siz vətəndaşları bu cür qapınızdan yola salırsınız. Axı ölkə rəhbəri dəfələrlə çıxışında qeyd edir ki, yerli icra orqanları və məmurlar xalqa xidmət üçün təyin ediliblər. Bəs siz xalqa hansı xidməti göstərirsiniz? Vətəndaşların evi sökülməli olanda dərhal bunun üçün həm işçi qüvvəsi həm də maddi durum tapılır, amma bərpa etməyə gəldikdə heç bir iş görülməyir. Bunu necə anlamaq mümkündür, biz buna cavab tapa bilmirik əgər sizlər bunun cavabını bilirsinizsə bizidə agah edin bu məsələlərdən.

Redaksiyadan, yazıda adları keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

BakuNews.az
Yasamal rayon sakini ölümlə üz-üzə - Hacıbala Abutalıbov: "büdcədə pulumuz yoxdu! GET GÖZLƏ..." FOTOLAR
Yasamal rayon sakini ölümlə üz-üzə - Hacıbala Abutalıbov: "büdcədə pulumuz yoxdu! GET GÖZLƏ..." FOTOLAR
Yasamal rayon sakini ölümlə üz-üzə - Hacıbala Abutalıbov: "büdcədə pulumuz yoxdu! GET GÖZLƏ..." FOTOLAR
Yasamal rayon sakini ölümlə üz-üzə - Hacıbala Abutalıbov: "büdcədə pulumuz yoxdu! GET GÖZLƏ..." FOTOLAR
Yasamal rayon sakini ölümlə üz-üzə - Hacıbala Abutalıbov: "büdcədə pulumuz yoxdu! GET GÖZLƏ..." FOTOLAR
Yasamal rayon sakini ölümlə üz-üzə - Hacıbala Abutalıbov: "büdcədə pulumuz yoxdu! GET GÖZLƏ..." FOTOLAR
Yasamal rayon sakini ölümlə üz-üzə - Hacıbala Abutalıbov: "büdcədə pulumuz yoxdu! GET GÖZLƏ..." FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ