SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda bu cəza ilk dəfə “Ömür” klinikasına KƏSİLDİ

Azərbaycanda bu cəza ilk dəfə “Ömür” klinikasına KƏSİLDİ

Tarix:

17-01-2018, 16:20

/ 2 299 dəfə oxundu.
Azərbaycanda bu cəza ilk dəfə “Ömür” klinikasına KƏSİLDİ

Azərbaycanda məhkəmə prosesində daha bir praktikanın əsası qoyulub. İlk dəfə Bakı Apellyasiya Məhkəməsi səhv diaqnoza görə klinikadan vətəndaşın xeyrinə müəyyən məbləğdə mənəvi zərər tutulmasına dair iddianı təmin edib və Suraxanı Məhkəməsinin qətnaməsini ləğv edib.

Bu barədə Axar.az-a hüquqşünas Aqil Layıc məlumat verib. Bildirib ki, bu məhkəmə prosesində sədr Rəfail Eyvazov və hakim Sənan Hacıyevin də xüsusi rolu olub:

“Artıq bu praktikanın da əsası qoyuldu. Ali Məhkəmənin qərarı ilə ləğv edilərək, geri qayıdan iddiaçı Habil Rüstəmovun işi üzrə Bakı Apellyasiya Məhkəməsi “Ömür” klinikasından vətəndaşın xeyrinə müəyyən məbləğdə mənəvi zərər tutulmasına dair iddianı təmin etdi.

Nəzərinizə çatdırım ki, Suraxanı Məhkəməsinin hakimi Elçin Ağayev iddiamızı rədd etmişdi və belə əsaslandırmışdı ki, sanki diaqnozu aparat səhv qoyub və aparat məsuliyyət daşımalı imiş”.

A.Layıc bildirib ki, bu işdə öz qətiyyətli mövqeyini ortaya qoyan və öncəki apellyasiya məhkəməsinin qanunsuz qətnaməsini ləğv edən Ali Məhkəmənin hakimi Əhməd Əhmədova xüsusi təşəkkür düşür.

Şərhlər

XƏBƏR LENTİ