SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanın mədəniyyət işçilərinin Nazim Mirzəyevlə 20 manat davası

Beyləqanın mədəniyyət işçilərinin Nazim Mirzəyevlə 20 manat davası

Tarix:

17-01-2018, 16:03

/ 1 604 dəfə oxundu.
Beyləqanın mədəniyyət işçilərinin Nazim Mirzəyevlə 20 manat davası

Çünki Beyləqan rayon Mədniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyev hər ay işçilərin maaşlarından 20 manat özünə götürür
Bu barədə Beyləqan rayon Mədniyyət və Turizm şöbəsinin bir qrup işçisinin göndərdiyi şikayət məktubunda bildirilir. Şikayətçilər iddia edirlər ki, rayon şöbəsinin müdiri Nazim Mirzəyev onların maaşına zorla şərik çıxır.
Beyləqan rayon Mədniyyət və Turizm şöbəsinin işçilərinin bildirdiyinə görə Nazim Mirzəyev Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi (Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi), Elman Məmmədova arxalanaraq hər ay onların əmək haqqlarından məcburi şəkildə 20 manat vəsait yığdırır. Nazim Mirzəyev yığdığı “xəracı” onunla əsaslandırır ki, idarənin bəzi xərcləri üçün büdcədən vəsait ayrılmır və o, yığılan vəsaitləri məhz idərinin problemlərinə xərcləyir.
Şikayət məktubudnda qeyd olunur ki, kitabxana, musiqi məktəbinin işçiləri 10 manat, mədəniyyət və klub işçiləri isə hər ay 20 manat verməyə müdirə verməyə məcbur edilirlər. Həmçinin şikayət məktubunda iddia olunur ki, Nazim Mirzəyev mədəniyyət evlərində adı olub özü olmayan xeyli “ölü canların” adına yazılan əməhaqqını cibinə qoyur. Şikayətçilər bildirir ki, bu ölü canlardan əslində hamının xəbəri var. Dəfələrlə “ölü canların” adına əmək haqqı alması müdirə irad tutlsa da, Nazim Mirzəyev saxta əməkhaqqıların böyük hissəsinin Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi müdiri Elman Məmmədova və naziriyə çatdığını bildirir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzMedia.info

Şərhlər

XƏBƏR LENTİ