SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə şəhər Təhsil Şöbəsinində nə baş verir

Gəncə şəhər Təhsil Şöbəsinində nə baş verir

Tarix:

16-01-2018, 14:48

/ 1 743 dəfə oxundu.
Gəncə şəhər Təhsil Şöbəsinində nə baş verir

“2013-cı ildə ölkə başçısı tərəfindən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası təsdiq edilib. Burada beş başlıca strateji istiqamət müəyyən olunub ki, onlardan biri də təhsil verənlərin peşəkarlıq səviyyəsinin artırılmasıdır, müasir təlim metodlarından istifadə edən yeni təhsil verənlərin formalaşmasıdır.
Bu baxımdan artıq bir neçə ildir ölkə üzrə müəllimlər arasında ixtisaslarına uyğun olaraq diaqnostiq
qiymətləndirmə aparılır.
Qiymətləndirmə başa çatdıqdan sonra ölkə üzrə bütün müəllimlərin nəticələri Təhsil Nazirliyinin əlində olur.Təhsil Nazirliyinin rəsmiləri tərəfindən keçirilən görüşlər zamanı, həm diaqnostik qiymətləndirmənin keçirilməsi qaydalarında, həm də nazirliyin yerli təhsil idarəetmə orqanları ilə görüşləri zamanı tövsiyə və tapşırıqlarında hər dəfə qeyd edilir ki, bu qiymətləndirmənin nəticələri müəssisə rəhbərlərinin əlində alət olmalıdır. Müəssisə rəhbəri dərs bölgüsünü aparan zaman, hansısa mükafatlandırma tədbiri həyata keçirəndə bu qiymətləndirmənin nəticəsini alət kimi istifadə etməlidir. Aşağı nəticə göstərən müəllimlərimiz daha az dərs yükü ilə təmin olunmalıdır. Yüksək nəticə göstərən müəllimlərimiz isə buna müvafiq olaraq yüksək dərs yükü ilə təmin edilməlidir. Bu da müəllimin həm də sosial rifahına təsir edən amillərdən biridir. Keçid balından da aşağı nəticə göstərən müəllimlərimiz də var. Təbii ki, onların sayı çox olmasa da mövcuddurlar. Bu artıq elə bir kateqoriyada olan müəllimlərdir ki, təlimlərin də onların inkişafına təsiri olmayacaq. Belə kateqoriyadan olan müəllimlərin dərs yükünün minimuma endirilməsinin vacibdir. Ümumiyyətlə yaxşı olar ki, onlar işdən azad olunsunlar”.
Onu da qeyd edək ki, nazirlik rəsmiləri konkret olaraq rəqəm açıqlamasalar da əldə etdiyimiz məlumata görə, diaqnostik qiymətləndirmənin nəticəsində keçid balını keçməyən müəllimlərin sayı minlərlədir.
Hazırda onların dərs dedikləri təhsil müəssisəsindən uzaqlaşdırılması istiqamətində işlər aparılır. Bunu Təhsil Nazirliyinin sosial şəbəkələrdəki səhifələrindən də görmək olar ki, zəif nəticə göstərən müəllimlər artıq özlərini müxtəlif yollarla müdafiə etməyə cəhd göstərirlər. Məlumata görə, həmin müəllimlərin bir qisminin heç ali təhsili də yoxdur. Onların müəllim kimi işə düzəlməsində isə yerli təhsil idarəetmə orqanlarının və müəssisə direktorlarının əli olduğu bildirilir. Hazırda Təhsil Nazirliyi tərəfindən həmin müəllimlərə qarşı ciddi addımlar atılır. Məlumata görə yerlərdə direktorlar və təhsil idarələrinin rəsmiləri bəzi şəxslərdən pul alıb, və eyni zamanda, öz yaxın qohumluq əlaqələrinə əsaslanaraq belə saxta müəllimləri, ixtisas müəllimləri kimi auditoriyaya buraxıb, dərs saatları verirlər.
Belə neqativ hallardan onlarcası isə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov və onun,yaxın qohumları tərəfindən tətbiq edilməkdədir.
Ümumiyyətlə Gəncə təhsili, Zakir Hüseynovun rəhbərliyi altında belə saxtakarlıq və riyakarlıq və belə saxta müəllimlərlə zəngindir hansı ki, Zakir Hüseynovun himayəsi altında dövlətimizin büdcəsindən xayincəsinə illərdir yalan yerə əmək haqqı almaqdadırlar ki, bu da dövlət büdcəsinin talanması deməkdir.
Bu gün sizlərə Zakir Hüseynovun himayəsi altında olan müəllimələrdən biri olan, Qurbanova Luiza Valeh qızı haqqında yazı təqdim etmək niyyətindəyik.
Qurbanova Luiza Valeh qızı Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi 79 ünvanında yerləşən Samir Vəliyev adına 34 saylı tam orta məktəbdə 2001-ci ildən qeyri qanuni yolla ingilis dili müəllimi vəzifəsində çalışır.
Kimdir Qurbanova Luiza ?
Qurbanova Luiza güya Özbəkistan Respublikasında hüquq sahəsində ali təhsili alıb, ancaq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanımması və ekvalentliyinin müəyyən edilməsi
( Nastrifikasiya)-sı qaydalarının təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kobinetinin qərarına əsasən Təhsil Nazirliyinin xaricdə təhsil sahəsində xüsusi yaradılmış nostrifikasiya şöbəsinim müvafiq yoxlamasından sonra diplomun Azərbaycan Respublikası ərazisində keçərli olmasını təstiqləyən şəhadətnamə verildikdən sonra keçərli sayılır. Lakin Luiza Qurbanova bu qaydaların heç birinə əməl etmədən fəaliyyət göstərir.
Bəs necə oldu ki, Qurbanova Luiza Valeh qızı Samir Vəliyev adına 34-saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyir?
Qurbanova Luizanın atası Rüstəmov Valeh Polad oğlu 1998-ci ildə həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda Valeh Rüstəmov Gəncə şəhəri Zülfi Hacıyev küşəsi 58 ünvanında yerləşən 26-saylı tam orta məktəb lisey kompleksinin direktorudur. Valeh Rüstəmov Gəncə içtimayətinə, və təhsil işçilərinə dövlət büdcəsini qeyri qanuni yollarla, talamaqla və küllü miqdarda maliyyə pozuntusunna yol verməsi ilə kifayyət qədər tanınmış bir şəxsdir.
Valeh Rüstəmov Samir Vəliyev adına 34-saylı məktəbin direktoru olduğu vaxt və o, zaman Gəncə şəhərində kifayyət qədər nüfuzu malik olan və saxta diplomlar paylayan Azərbaycan Müəllimlər İstitutunun Gəncə filialının müdiri Ramiz Məmmədovun köməkliyi ilə saxta diplom alaraq Gəncə şəhər Samir Vəliyev adına 34-saylı tam orta məktəbə Rüstəmov Valeh Polad oğlunun 2001-ci ildə verdiyi məktəb daxili əmrlə Qurbanova Luiza Valeh qızı saxta diplomla ingilis dili müəllimi vəzifəsinə təyin edilir.
Ümumiyyətlə nəzərinizə bir daha çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.
Qeyd edilən pozuntu hallarına yol verdiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə filiailın direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilmiş və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli, 284 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.
Bununla bağlı olaraq Ramiz Məmmədov barəsində həps-qəti imkan tədbiri seçilmiş və bu günə qədər Azərbaycan Müəllimlər İstitutunun Gəncə filialından alınmış saxta diplomların sahibləri çalışdıqları təhsil müəssisələrindən işdən azad edilərək uzaqlaşdırılmışlar.
Lakin yuxarıda göstərilən qanun pozuntuluğu Rüstəmov Valeh Polad oğluna və onun övladı Qurbanova Luiza Valeh qızına təsirsiz ötüşmüşdür.
Hal-hazırda Samir Vəliyev adına 34-saylı tam orta məktəbin direktoru olan Xəlilov Yuris Şamil oğlu isə bu vəziyyətin qarşısında aciz qalaraq, hətda Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filiyalının neqativ hallarının araşdırılması zamanı, saxta diplomlarla ümum təhsil orta məktəblərində çalışan müəllimlərin müəyyənləşdirilməsi və işdən azad olunduqları tədqirdə Xəlilov Yuris Şamil oğlu Qurbanova Luizanın saxta olan sənədlərini Gəncə Şəhər Təhsil idarəsinin müdiri Zakir Hüseynovun göstərişi ilə üzə çıxarılmayıb, çünki Qurbanova Luizanı saxta diplomla işə qəbul edən Rüstəmov Valeh Polad oğlu Zakir Hüseynovun qayınıdır.
Bu əməl isə Gəncə Təhsilinin rəhbəri sözdə dövlətə və dövlətçiliyimizə xidmət etdiyini söyləyən lakin əməlləri ilə tam başqa mövqedən çıxış edən Zakir Hüseynovun yüzlərlə qanun pozuntusunundan sadəcə biridir ki, bundanda Samir Vəliyev adına 34- saylı tam orta məktəbin ingilis dili müəllimi Qurbanova Luiza Valeh qızı 2001-ci ildən bugünə qədər dövlət büdcəsindən saxta yolla maliyələşərək kifayyət qədər yararlanır, məktəbin direktoru Xəlilov Yuris Şamil oğlu isə özündən yuxarı orqanın rəhbəri Zakir Hüseynovun göstərişinə əsasən bu qanun pozuntusuna qarşı boyun əyməkdədir.
Bu əməllər isə Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun rəhbərliyi altında dövlətimizə və yetişən gələcəyimizə qarşı olan bir təxribatdır.

Yuxarıda qeyd edilənlərin hər biri Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 308-ci Maddəsi. Vəzifə səlahiyyətindən sui-istifadə.

308.1-ci Maddəsi ilə Dövlət büdcəsinin büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının təyinatı üzrə istifadə edilməməsi.

309-cu Maddəsi də müşahidə olunmaqla vəzifə səlahiyyətini aşmaqdan başqa bir şey deyil.

Bütün sadalanan əməllər Azərbaycan Dövlətinə və xalqımıza qarşı yönələn xəyanətdən başqa bir şey deyil. Ancaq təssüf hissiylə qeyd etmək istəyirik ki, Gəncə şəhər təhsilində Zakir Hüseynov və onun yaxın qohumlarının qanunlara zidd əməlləri hələdə davam etməkdədir

Araşdırmamız davam edir

Yazartv.az

Şərhlər

XƏBƏR LENTİ