SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə aeroportunda biabırçılıq: sərnişinlər ayaqyolu əvəzinə ağaclığa göndərilir

Gəncə aeroportunda biabırçılıq: sərnişinlər ayaqyolu əvəzinə ağaclığa göndərilir

Tarix:

16-01-2018, 13:35

/ 1 498 dəfə oxundu.
Gəncə aeroportunda biabırçılıq: sərnişinlər ayaqyolu əvəzinə ağaclığa göndərilir

"Gəncə Beynəlxalq Hava Limanında sərnişinlərə göstərilən xidmət səviyyəsi olduqca aşağıdır. Səhər reysi ilə uçuş üçün 7-dən tez gələnlər qapıda saxlanılır".

Bu barədə jurnalist Elkin Xəlilov öz "Facebook" səhifəsində yazıb. O, vaxtından əvvəl getdiyi üçün soyuq havada aeroportun bağlı qapıları arxasında qaldığını, ayaqyolu əvəzinə mühafizəçinin ona ağaclığı göstərdiyini, hava limanının şəxsi mülk kimi işlədildiyini, həmçinin yüklərin aeroport işçiləri tərəfindən qanunsuz şəkildə açıldığını qeyd edib:

"Mühafizəçinin otağına yaxınlaşdım ki, tualetə getmək istəyirəm. Yəqin ki, açıq tualet olar. Dedi o da bağıdır. Özünü ver ağaclığa. Burda özümü saxlaya bilmədim. Dedim, a kişi, nə danışırsan, nə ağaclıq? Bura ölkənin ikinci böyük şəhərinin aeroportudur. Ölkəyə gələn turistlərə də belə deyirsiniz? Dedi ki, vallah belədir. Elə mən özüm də gedirəm ağaclıq tərəfə...
Halbuki, Gəncə ən qədim tarixə malik şəhərlərimizdən biridir, Cümhuriyyətin ölkədə olan ilk paytaxtıdır, böyük sənaye şəhərdir. O boyda şəhərin aeroportunu obyekt kimi işlədirlər, saat 7-də açıb, axşam da bağlayırlar".
Bundan əlavə jurnalist Gəncə Beynəlxalq Hava Limanının normal bir sosial şəbəkə hesabının, e-mail adresinin və web saytının olmadığını bildirib. Dövlət qurumunun e-mail ünvanının "mail.ru" saytında açılması, həmçinin "@" işarəsinin (AT) şəklində yazılması isə sosial şəbəkə istifadəçiləri arasında tənqid olunub və savadsızlıq kimi göstərilib. "Aeraport-genja"nın isə hansı anlam daşıdığı isə məlum deyil. Azərbaycan dilində "aeraport" sözünün ikinci hərfinin o ilə yazıldığı hər kəsə məlumdur, həmçinin Gəncə şəhərinin adı isə beynəlxalq dildə "Ganja" yazılır ki, bu da heç bir çərçivəyə sığmır. (Aeroport haqqında məlumatlar isə ganja.az saytında yerləşdirilib - red.)
Məsələnin xırdalıqlarına çox da varmadan, bircə suala cavab tapmaq istərdik. Hava limanı saat 7-də açılıb, axşam saatlarında bağlana bilərmi?

Şərhlər

XƏBƏR LENTİ