SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Fədayə Laçın qərardan şikayətçidir

Fədayə Laçın qərardan şikayətçidir

Tarix:

16-01-2018, 12:47

/ 1 371 dəfə oxundu.
Fədayə Laçın qərardan şikayətçidir

Həbsdə olan müğənni Fədayə Laçın onun barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verib.

Nəsimi rayon Məhkəməsi F.Laçının həbs müddətinin 3 ay uzadılmasına qərar verib. O isə qərardan apellyasiya şikayəti verib.

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Ə.Ağami Şirvan şəhərində həbs edilib, “Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.

Şərhlər

XƏBƏR LENTİ