SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əli İnsanovun şikayəti təmin edilmədi

Əli İnsanovun şikayəti təmin edilmədi

Tarix:

16-01-2018, 12:10

/ 1 622 dəfə oxundu.
Əli İnsanovun şikayəti təmin edilmədi

Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Qərara əsasən, Ə.İnsanovun şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb.

Əli İnsanov özü məhkəməyə müraciət edərək prosesdə iştirak etməkdən imtina etdiyini bildirib.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə. İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Ə. İnsanov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.

O, qanunsuz narkotik daşımada, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlamaqda təqsirləndirilib.

Ə.İnsanov bundan əvvəl isə 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Şərhlər

XƏBƏR LENTİ