SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mikayıl Cabbarov özünə yeni müşavirlər təyin etdi

Mikayıl Cabbarov özünə yeni müşavirlər təyin etdi

Tarix:

16-01-2018, 11:41

/ 1 723 dəfə oxundu.
Mikayıl Cabbarov özünə yeni müşavirlər təyin etdi

Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib.

Nazirlikdən əldə etdiyimiz məlumata görə, Cabbarov özünə dörd yeni müşavir təyin edib.

Nazirlikdə kadr dəyişikliklərinin davam edəcəyi bildirilir.

Xatırladaq ki, bundan öncə nazir daha iki müşavir təyinatı gerçəkləşdirmişdi. Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri, Ceyhunə Muxtarova isə köməkçisi təyin olunmuşdu.

Beləliklə, son təyinatdan sonra nazirin müşavirlərinin sayı altı nəfərə çatıb.

Qeyd edək ki, Mikayıl Cabbarov Vergilər Nazirliyinə rəhbər gələndən sonra 64 nəfər vəzifəsindən kənaralaşdırılıb ki, onların sırasında eks-nazir Fazil Məmmədovun 12 müşaviri də vardı.

Şərhlər

XƏBƏR LENTİ