SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan Prezidenti Türkiyənin Fəxri doktoru adına layiq görüldü

Azərbaycan Prezidenti Türkiyənin Fəxri doktoru adına layiq görüldü

Tarix:

16-01-2017, 19:44

/ 1 739 dəfə oxundu.
Azərbaycan Prezidenti Türkiyənin Fəxri doktoru adına layiq görüldü

Prezident İlham Əliyev Türkiyənin Aviasiya Universitetinin Fəxri doktoru adına layiq görülüb.

Bu barədə Ölkə.Az-a eksklüziv açıqlamasında həmin universitetin direktoru, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Kürşat Atılgan bildirib.

Sözügedən adın Prezident İlham Əliyevə təqdim edilməsi üçün yaxın vaxtlarda Bakıya səfər edəcəklərini deyən K.Atılgan qeyd edib ki, hazırda sözügedən məsələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki Səfirliyi ilə müvafiq danışıqlar aparılır:

“Yaxın vaxtlarda universitetimizin Fəxri doktoru mükafatını Prezident İlham Əliyevə təqdim etmək üçün mən və rektorumuz Yıldırım Saldıranerlə birgə Bakıya səfər edəcəyik. Hazırda sözügedən səfərin tarixini dəqiqləşdirmək üçün Azərbaycanın Ankaradakı Səfirliyi ilə danışıqlar aparılır”.

Şərhlər

XƏBƏR LENTİ