SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan təhsili oliqarxların «işğalında» – Rayonun təhsili mənəvi “terrora” məruz qalıb

Beyləqan təhsili oliqarxların «işğalında» – Rayonun təhsili mənəvi “terrora” məruz qalıb

Tarix:

16-12-2017, 13:27

/ 1 779 dəfə oxundu.
Beyləqan təhsili oliqarxların «işğalında» – Rayonun təhsili mənəvi “terrora” məruz qalıb

Bir milləti məhv etmək üçün onun təhsilini və mədəniyyətini əlindən almalısan. Gələcəyimiz olan gəncliyimizin sağlam yetişməsi üçün hələ ibtidai təhsildən tutmuş orta təhsilə və daha sonra ali təhsil və sairə sağlam təməl üzərində köklənməlidir. Aristotelin “Təhsilə çörək mənbəyi kimi baxan insan kölədir” məşhur ifadəsi heç də təsadüfi işlənməyib. Ümumilli liderimiz Heydər Əliyevin də “müəllimdən yüksək ad tanımıram” deməsi burada özünü tamamlayır. Bü güm Azərbaycan təhsilində baş verən bir sıra qanun pozuntuları belə deməyə əsas verir ki, “təhsilimiz məqsədli şəkildə mənəvi terrorun qurbanıdır”.
Beyləqan təhsili oliqarxların «işğalında»
Son vaxtlar ölkənin onlarca mətbuat orqanlarında Beyləqan rayon təhsilinda baş verən qanunsuz əməlləri əhatə edən yazılar silsilə şəkilində dərc edilməkdədir. Amma nədənsə bu nüans Təhsil Nazirliyinin baş bilənləri tərəfindən qulaqardına vurulur. Görəsən səbəb nədir ki, barəsində çox ciddi cinayət xarakterli əməllərin sahibi qismində informasiyalar qolaşan Xuraman Rüstəmovaya qarşı niyə bir ölçü götürülmür? Barəsində kifayət qədər əsasları olan məqamlar dərc edilməyinə baxmayaraq ona qarşı heç bir tədbir görülməməsi olduqca təəssüfləndirici bir haldır.
«İLİN ƏN YAXŞI MÜƏLLİMİ»
Bir fakta diqqət yetirək:«… Rüstəmova Xuraman Müzəffər qızı zərif cinsin nümayəndəsi olsa da, bəzi dəqliqanlı kişilər kimi başı çox vaxt qovğada olub. Hələ, 1988-ci il tarixində Beyləqan rayon 1 saylı orta məktəbdə sinif müəlliməsi işlədiyi vaxt başqa bir həmcins həmkarı ilə dava eləyib. İnsident o qədər dərin olub ki, haqsız tərəf – Xuraman Rüstəmova məktəbin pedaqoji şurasının və məktəb həmkarlar təşkilatının məktubu əsasında məhkəmə qərarı ilə tərbiyyəndirilməsi üçün 1 saylı orta məktəbdən 3 saylı məktəbə göndərilib. Bundan sonra şəhər 3 saylı orta məktəbində sinif müəlliməsi kimi pedaqoji fəaliyyətini davam etdirir. Nə qədər qəribə olsa da bu təhsil müəssisəsində Xuraman Rüstəmovanın işləri təəccüb doğuracaq dərəcədə yaxşı gedib. O, artıq 2006-cı ildə məktəbin direktoru vəzifəsinə irəli çəkilib. Ona «İlin ən yaxşı müəllimi» daha sonra da «Respublikanın əməkdar müəllimi» fəxri adları verilir. Rayonun tərəqqipərvər təhsil işçiləri bu fenomeni Xuraman Rüstəmovanın öz üzərində çalışması ilə deyil, rayonun sabiq təhsil şöbəsinin müdiri Fazil Abbasovla yaxın qohumluq münasibətləri ilə əlaqələndirirlər. Hansısa “xidmətlərinə” görə irəli çəkilən Xuraman xanımın əvvəlki iş yerində imza atdığı XÜLİQANLIQ hərəkəti məqsədli şəkildə «unudulub».
Ancaq yalanın ömür qırx gün çəkər, deyiblər. Adiçə bir əmək kitabcasına qeydlər etməyə savadı çatmayan X. Rüstəmova rəvac verdiyi sonrakı neqativ hallara görə “şiddətli töhmət” və axırıncı xəbərdarlıq alıb».Hələ 2010-cu ilin oktyabr ayının əvvəlində, müəllimlərin peşə bayramına 5 gün qalmış Təhsil naziri ötən dərs ilində IX və XI siniflərin məzunları üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlarının nəticələrini əsas tutaraq İmtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdığı və ciddi nöqsanlara yol verdiyi üçün o vaxt Beyləqan şəhər 3 saylı orta məktəbdə direktor vəzifəsində işləyən Rüstəmova Xuraman Müzəffər qızına mövcud qanunvericiliyə uyğun intizam tənbehi – sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdi.
«FENOMEN TƏHSİL MÜDİRƏSİ»
Sonradan baş verən inanlmaz dəyişikliklər nəticəsində X. Rüstəmova nəinki şiddətli töhmətdən nəticə çıxarmağa özündə güc tapdı, hətta karyerada yüksəliş edərək, 2016-cı ilin may ayında Beyləqan icra başçısının təqdimatına əsasən rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. Baxmayaraq ki, barəsində ictimai rəy mənfiyə doğru dəyişir, hətta o, nurçularla iş birliyində əlaqələndirilirdi. Təkcə internet resurslarında X. Rüstəmova barəsində axtarış etmək və saytlardakı xəbər başlıqlarına göz atmaq kifayətdir ki, RTŞ müdirinin fəaliyyətinə necə qiymət verilməsi haqda təsəvvürlər dəqiqləşsin. Gəlin, həmin sərlövhələrə bir də nəzər salaq: “Təhsil Şöbəsinin müdiri Vaqif Abdullayevin adından pul yığır…”; “Beyləqan təhsili qan ağlayır”; “Təhsil terrorçusu: Xuraman Rüstəmova Beyləqan təhsilini…”; “Şok: Təhsil müdirəsi Xuraman Rüstəmovanın keçmişdəki biabırçılığı…”; “Vaqif Abdullayevin son “tryuk”u – Mikayıl Cabbarovun kadrı Beyləqan əhallisinə niyə acıq verir?” və s.RealMedia.az yazır ki, X. Rüstəmovanın qanunsuz əməllərini ifşa edən birinci və axırıncı KİV deyil. Lakin təəssüflər olsun ki, bütün bu tənqidi məqalələrdə ehtiva olunan məsələlər nə rayon rəhbərliyi, nə Təhsil Nazirliyi, nə də inzibati orqanlar tərəfindən araşdırılmayıb, X. Rüstəmovanın rəvac verdiyi qanunsuzluqlar hüquq müstəvisində təhqiq olunmayıb.
Aylarla dərsə gəlməyən müəllimlər, hərif tanımayan şagirdlər
Media üzərində apardığmız araşdırmalar zamanı məlum olub ki, Beyləqanın bəzi kənd məktəblərində hərif tanımayan, cəmiyyətin sosial həyatında baş verən ən adı hadisələri belə izah etməyə çətinlik çəkən, ölkəmizin suverenliyini atribut və rəmzlərindən xəbərsiz olan uşaqlar vardır. Ucqar kəndlərdə aylarla dərsə gəlməyən şagirdlər, həftələrlə işə çıxmayan müəllimlər vardır. Əlbətdə, mühüm göstərici olam davamiyyətin aşağa olduğu yerdə təqdirəlayiq fəaliyyətdən danışmaq yersizdir.
Bü gün ümumi təhsilimizdə baş verən neqativ halların demək olar ki, hammısına beyləqan təhsilində rast gəlinməkdədir.
Bu günə qədər Beyləqan rayon təhsilində baş verən neqativ hallarla bağlı konkret faktlara əsaslanan çoxsaylı məqalələr dərc etmişik. Həmin sadaladığımız neqativ halların sırasına hələ çox əlavələr etmək olar. Ancaq bu sırada başda olan ən böyük naqislik budur ki, Beyləqan rayon Təhsil Şöbəsində, konkret olaraq, şöbə müdiri Xurama Rüstəmova öz vəzifəsinin öhdəsindən gələ bilmir. RTŞ-nin metodi mərkəzi əhmiyyətsiz quruma çevrilib. Şura iclaslarında qəbul olunan qərarlar kağız üzərində qalır. Müəllimlərin işə götürülməsində, yaş sezinin tətbiqində “fərdi-yanaşma” məsələsində, habelə, maraq üzrə kursların təşkili və başqa müstəvilərdə də ciddi nöqsanlar mövcuddur. Vəziyyətin acınacaqlı olmasından narahat olan tərəqqipərvər təhsil işçiləri yuxarı instansiya rəhbərlərinin bu məsələlərə bir əncam çəkmədiklərindən gileylidirlər.
Vaqif Abdullayev icra başçısı olduğu sürədə, onun karyerası üçün heç bir təhlükə yoxdur
Xuraman Rüstəmova rayon icra hakimiyyətinin təqdimatına əsasən 2016-cı il may ayının 27 -də Beyləqan rayon təhsil şöbəsinə (RTŞ) müdir təyin ediləndən sonra bu sferada vəziyyət daha da dramatik xarakter almışdır. X. Rüstəmova məhz icra başçısının dəstəyinə arxalanaraq istədiyini edir. Şöbə müdirəsi vəzifəsinin icrasına başlayandan indiyədək qanunsuz olaraq müəllim işə götürüb ki, onların maaş davası aylardır sürür. Bir çoxunu qeyri-qanuni işdən azad edib, direktorlara hədə-qorxu gələrək onlara öz şərtlərini qəbul etdirib. Bütün bu özbaşına qərarların kökündə əlbəttə ki, korrupsiya motivləri durur.
Bu xüsusda redaksiyamıza verilən bilgilərdə qeyd olunur k, X.Rüstəmovanın qanunazidd hərəkətləri barədə KİV-də yetərincə yazılar dərc olunsa da, haqqında yuxarı instansiyalara, inzibati orqanlara müraciətlər ünvanlansa da, rayonda təhsilini aqibətindən narahat olan bütün tərəqqipərvər qüvvələrin səyləri nəticəsiz qalmışdır. Bu hal bir daha təsdiqləyir ki, icra başçısının xanım şöbə müdirini böyük təmənna ilə işə götürməsi, şöbə müdirinin yığdığı rüşvətdən, qanunsuz yolla əldə etdiyi maddi nemətlərdən birinciyə də pay düşməsi barədə deyilənlər həqiqətdir. Bildirilir ki, X. Rüstəmova onun barəsində KİV-də gedən yazılara münasibətini soruşan yerlilərinə deməkdən çəkinmir ki, nə qədər Vaqif müəllim Beyləqanda icra başçısıdır, onun karyerası üçün heç bir təhlükə yoxdur.

Beyləqanda cəzasız qalan təhsil müdiri

Beyləqan rayon təhsil şöbəsinin (RTŞ) müdiri Xuraman Rüstəmovanın çoxsaylı qanunsuz əməlləri barədə KİV-də tənqidi məqalələr bir müddət X. Rüstəmovanın rahatlığını əlindən alsa da, hazırki müşahidələr göstərir ki, xanım təhsil müdiri yenə qanunsuz əməllərini davam etdirməkdədir. Görünür, Təhsil Nazirliyinin ciddi tədbirlər görməməsi şöbə müdirini ümidləndirib. Yəqin, öz müşahidələri X. Rüstəmovada belə bir qənaət formalaşdırıb ki, çapıb-taladığı haram pullara görə sorulan hesablara cavab vermək üçün yeganə yol bir az da artığını qazanıb daha əvvəlki kimi yarısını deyil, tam həcmdə “yuxarılara” ötürməkdir. Şöbə müdirəsi vəzifəsinin icrasına başlayandan indiyədək onlarla şəxsi qanunsuz olaraq müəllim işinə götürməsi, onların maaş davasının aylardır sürməsi, bir çoxunu qeyri-qanuni işdən azad etməsi, direktorlara hədə-qorxu gələrək onlara öz şərtlərini qəbul etdirməsi, bütün bu özbaşına qərarların kökündə korrupsiya motivlərinin durması barədə yazdıqlarımızı Xuraman Rüstəmovanın yığıb topladığı nəhəng haram kapital, ölçüyəgəlməz var-dövlət, qurub-yaratdığı mülk-səltənət də təsdiqləyir.

Bitib-tükənməyən qanunsuzluqlar

Məlumat verən mənbə bildirir ki, Xuraman Rüstəmova Şərq kənd məktəbindən alman dili müəllimini Bahar qəsəbə məktəbinə göndərib. Şərq kənd məktəbində alman dili fənninin tədrisi nəzərdə tutulmasa da, RTŞ müdiri həmin məktəb üçün alman dili müəllimi üçün vakant yer göstərib.
Şəhər 6 saylı məktəbdə 2 ədəbiyyat müəllimi ola-ola, artıqlıq edəcək 3-cüsünü də göndərib. Əlbəttə, bütün bunlar X. Rüstəmovanın korrupsiya marağından, ehtiyac duyulmayan ştat və yarımştatları müəllimlərə məhz satmasından başqa heç nə ilə izah edilə bilməz. Təhsil Nazirliyi hələ keçən ilin aprel ayında Beyləqan RTŞ-də apardığı yoxlama nəticəsində haqqında bəhs etdiyimiz qanunsuzluqları (hətta biz yazmadıqlarımızı da) aşkarlamışdır. Həmin aşkarlanmış əyintilər barədə məlumatları TN-dən istəsək də, nazirlik rəsmi sorğumuza cavab verməmişdir. Bu isə şübhələnməyə əsas verir ki, yoxlama şəffaflıqdan uzaq olmuş, ictimai hesabatlılıq gözlənilməmişdir. Həm də nazirlik müdafiə etdiyi RTŞ müdirinin biz yazdığımız tənqidə layiq olduğunun bir daha təsdiqlənməsinə vəsilə olmaq istəməmişdir.
Media üzərində apardığımız araşdırmalarından məlum olur ki, Xuraman Rüstəmova Beyləqan rayon təhsilində şöbə müdirəsi vəzifəsinin icrasına başladığı gündən indiyədək qanunsuz yolla müəllim işə götürməsi, onların maaş davasının aylardır sürməsi, bir çoxunu qeyri-qanuni işdən azad etməsi, direktorlara hədə-qorxu gələrək onlara öz şərtlərini qəbul etdirməsi barədə internetdə kifayət qədər məlumatlar var.Bu barədə RealMedia.az-ın əldə etdiyi məlumatlar daha ciddi faktları özündə ehtiva edir. Sayt təhsil müdirəsinin qanunsuz əməllərini əks etdirən konkret siyahı əldə edib.
Xatırladaq ki, Xuraman Rüstəmovanın işlədiyi hələ bir il tamam olmamışdır ki, o sınaq dövrü müddətində iki dəfə töhmət alıb, icra hakimiyyəti yanında şura üzvlüyündən qovulub.
Araşdırmalar zamanı məlum olur ki, Xuraman Rüstəmova təhsil şöbəsinə müdir təyin edilərkən mütamadi olaraq rayonda özünün təşkilatçılığı ilə ödənişli sınaq imtahanları təşkil edərək, rayonun müəllim və şagird kontinigentini bu imtahanlarda iştirak etməyə məcbur edibmiş.
Hətta o, 2016-cı ilin sentyabr-oktyabr aylarında öz iş kabinetində rayon təhsil işçilərinin diplomlarını yoxlanışı üçün texniki qurğu quraşdıraraq onların diplomlarının qanuniliyini yoxlayaraq, bir çox müəllimlərin ali təhsil diplomlarının qeyri-qanuni olmasını bildirərək onlardan pul qoparıb.
Yayılan informasiyalardan açıq aydın sezmək olur ki, X. Rüstəmova hələ özünün əvvəllər direktor işlədiyi şəhər 3 saylı tam orta məktəbində 2-3 il ərzində qanunsuz olaraq 16 nəfər müəllimi işə götürüb ki, onların bəziləri diplomunu belə almayıblar.
Bunu Beyləqan rayon üzrə şəhər 3 №-li tam orta məktəbinə son beş ildə götürülən müəllimlərin siyahısından da görmək mümkündür.

1. Ağayeva Aytən Rəhim qızı. Staj-4, ixtisası-fizika, müddətsiz müqavilə ilə(qanunsuzdur)
2. Hüseynov Lamiyyə Ələddin qızı. Staj-4, ixtisası-ədəbiyyat müddətsiz müqavilə(qanunsuzdur)
3. Oruclu Ceyran Müsafir qızı. Staj-3, ixtisası-tarix müddətsiz müqavilə(qanunsuzdur)
4. Bəylərova Esmira Mahmud qızış Staj-4, ixtisası-riyaziyyat müddətsiz müqavilə(qanunsuzdur)
5.Bayramova Könül Ələsgər qızı. Staj-3, ixtisası-fizika müddətsiz müqavilə(qanunsuzdur)
6. Əlizadə Könül Arzu qızı. Staj-3, ixtisası-Azərbaycan dili-Ədəbiyyat müddətsiz müqavilə(qanunsuzdur)
7. Qarayeva Nərgiz Firudin qızı. Staj-4, ixtisası-Riyaziyyat müddətsizmüqavilə(qanunsuzdur)
8. Cəmilzadə Nərmin Həsən qızı. Staj-3, ixtisası-musiqi müddətsiz(qanunsuzdur)
9. Allahverdiyevaruhiyyə Rövşən qızı. Staj-4, ixtisası-fizika müddətsiz müqavilə(qanunsuzdur)
10. Nuriyeva Rəşadə Zahid qızı. Staj-3, ixtisası-Azərbaycan dili və Ədəbiyyat müddətsiz müqavilə(qanunsuzdur)
11. Təhməzova Səfurə İlham qızı. Staj-2, ixtisası-Azərbaycan Dili-Ədəbiyyat müddətsiz müqavilə(qanunsuzdur)
12. Əliyeva Şəlalə Məhəmməd qızı. Staj-4, ixtisası-İbtidai sinif müddətsiz müqavilə(qanunsuzdur)
13. Xankişiyeva Zülfiyyə Bəxtiyar qızı. Staj-2, ixtisası-ibtidai sinif müddətsiz müqavilə(qanunsuzdur)
14. Əhmədli Zülfiyyə Yavər qızı. Staj-1, ixtisası-Riyaziyyat müddətli
15. Qasımova Vəfa Kamil qızı. Beyləqan şəhər, 4 №-li tam orta məktəbiQeyd edək ki, Qasımova Vəfa Kamil qızı Xuraman Rüstəmovanın qeyri- qanuni göstərişi ilə, sentyabr ayının 15-də Beyləqan şəhər 4 №-li tam orta məktəbinə götürülmüşdür. O, uzun illər Rusiyada yaşayıb.“Təhsil müdirəsinin daha bir qanunsuz əməli faş edildi”
Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın qanunsuz əməlləri barədə internet mediada çeşidli məqalələr dərc edilib. Həmin məlumatlarda Xuraman Rüstəmovanın rəhbərlik etdiyi rayon təhsilini necə monopoliyası altına alması, eləcə də rəvac verdiyi bir çox qanunsuz əməllərdən bəhs olunur.
X. Rüstəmovanın qol qoyduğu digər bir qanunsuz hərəkətləri barədə məlumat verən mənbəmiz bildirir ki, təhsil müdiri Beyləqan rayon Əlinəzərli kənd 1 orta məktəbinin direktoru Zahid Mehdiyevi qanunsuz olaraq işdən çıxardıbmış. Onun vəzifədən alınmasını yaş senzi ilə əsaslandırıbmış ki, Z. Mehdiyevin 68 yaşı tamam olduğu üçün onu işdən azad edib. Yerinə də xanım direktor təyin edib.
Qaynağımız bildirir ki, Z. Mehdiyevin 68 yaşı işdən çıxarıldıqdan 2 ay sonra tamam olub. Və… və nə?..
Təhsil Naziri də məktəbin nümunəvi məktəb olduğunu, Z. Mehdiyevin məktəb direktoru kimi özünü doğrultmasını nəzərə alıb 68 yaşını tamam etməsinə baxmayaraq, Nazim müəllimin daha1 il də direktor işləməsi üçün əmrini Beyləqan rayon Təhsil Şöbəsinə göndərib.TN-nin Beyləqan RTŞ-inə daxil olmuş əmrini oxuyan X. Rüstəmova düşüb əl – ayağa. Z. Mehdiyevi taparaq yenidən məktəbə direktor göndərib. Pulunu alıb yerinə təyin etdiyi xanım direktoru da işdən çıxarmalı olub. Beləliklə, təhsil şöbəsinin müdiri X. Rüstəmova tərəfindən qanunsuz olaraq direktorluqdan çıxarılan Z. Mehdiyev qayıdıb öz işinə. Digər tərəfdən o da aşkarlanıb ki, məktəb rəhbəri işləyən xanım müəllimə də belə çıxır direktor vəzifəsinə qanunsuz yiyələnibmiş.
Həmçinin bildirilir ki, X. Rüstəmova təqaüd yaşı tamam olmamış işdən çıxardığı Z. Mehdiyevə xahiş – minnət edir ki, işləmədiyi 2 ayı geri tarixə bülleten alıb xəstəlik tarixçəsi ilə əlaqələndirsinlər.
Əslində isə direktorların işdən çıxarılması və yerinə digərinin təyin edilməsi birbaşa TN-nin səlahiyyətinə aiddir.
Mənbəmiz onu da iddia edir ki, təhsil kraliçası X. Rüstəmova yaşı tamam olmamış işdən qanunsuz olaraq çıxardığı Z. Mehdiyevi məktəbə özbaşına və qanunsuz müəllim götütməkdə günahlandıraraq onu işdən azad etmişdir.
Belə olduqda ortaya haqlı sual çıxır. Əgər doğrudanda Xuraman Rüstəmova direktoru qanunsuz müəllim götürdüyünə görə ittiham edib işdən azad edirsə, bəs onda onun özünü qanunsuz müəllim götürməsinə görə kim işindən azad edəcək?
RealMedia.az xəbər verir ki, Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın rəvac verdiyi qanunsuzluqlardan bəhs edən silsilə məqalələrin dərc edilməsinin ardınca müraciət etdiyi Təhsil Nazirliyinin iki mütəxəssisi – İnsan Resursları şöbəsindən Murad müəllim və Daxili Nəzarət Şöbəsindən Məhəmməd Aslanov məxsusi olaraq həmin məqalələrdə ehtiva olunan məsələləri yerində yoxlamaq üçün Beyləqana üç günlük ezam olunublarmış.
Hələlik qeyri-rəsmi məlumatlara görə, X. Rüstəmovanın qol qoyduğu qanunsuz əməllər, o cümlədən müəllimlərin qanunsuz işə götürülməsi barədə indiyədək haqqında yazdığımız faktların çoxu yoxlama tərəfindən aşkarlanıb və zərbə altında qalan bəzi məktəb direktorları 3-5 min manat civarında cərimələnib. Maraqlı burasıdır ki, yoxlama 2011-ci ildən indiyəqədərki dövrü əhatə edib. Bu müddətin çox hissəsi, yəni, 5 ili RTŞ-nin sabiq müdiri Tofiq Sadıqovun rəhbərlik etdiyi dövrə, son 1 ili isə X. Rüstəmovanın hakimiyyəti dövrünə aiddir. Bu isə X. Rüstəmovanın qanunsuz əməllərinin onun sələfinin rəvac verdiyi neqativ halların gözünə qatılaraq bir növ görünməz edilməsinə hesablanıb desək, bəlkə də yanılmarıq. Bununla belə X. Rüstəmovadan çoxsaylı instansiyalarda dindirilməsi, izahatının alınması onu əməlli-başlı təşvişə salıb.
Öz mövqeyini hər vəchlə qoruyub saxlamaq üçün göstərdiyi səylərə baxmayaraq, RTŞ müdirinin haqqında söz-söhbətlərin, mənfi informasiyaların həddən ziyadə şişməsi onu artıq RİH başçısı Vaqif Abdullayevin gözündən salıb. Etibarlı mənbədən aldığımız məlumata görə, V. Abdullayev X. Rüstəmovanı başçı yanında Şura üzvlüyündən çıxarıb, səlahiyyətlərini də azaldaraq, bir hissəsini özünün humanitar məsələlər üzrə müavininə tapşırıb.
Xatırladaq ki, Xuraman Rüstəmova 1 dəfə xəbərdarlıq, 1 dəfə də töhmət, sonuncu dəfə isə başçı tərəfindən töhmət alınaraq şura üzvlüyündən qovulub. Bütün bunlar göstərir ki, başçı onunla yollarını ayırmaq niyyətindədir. Lakin icra başçısı bu ilin may ayının sonunda müqavilə müddəti bitən Xuraman Rüstəmovanı yenidən öz işində saxladı. Hələ bir onu dövlət qulluğuna görə mükafatlandırdı da.
P.S. Göründüyü kimi, baş verən bütün bu hadisələr X. Rüstəmovanın jurnalistlərə, eləcə də “Sonolay.org” informasiya agentliyinin baş redaktoruna qarşı irəli sürdüyü ittihamlar “qara məni basınca, qoy qaranı mən basım” siyasətindən başqa bir şey olmadığını təsdiqləyir.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ