SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncənin icra başçısı və müavinini ittiham edən xanımdan yeni müraciət

Gəncənin icra başçısı və müavinini ittiham edən xanımdan yeni müraciət

Tarix:

16-12-2017, 13:20

/ 3 863 dəfə oxundu.
Gəncənin icra başçısı və müavinini ittiham edən xanımdan yeni müraciət

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin “sağ əli” hesab olunan Məharət Mustafayevdən şikayət edən İH sektor müdiri Gülnar Günəşlinin adından redaksiyamızın elektron poçtuna məktub daxil olub. [email protected] ünvanından göndərilən məktubda deyilir:

“Hörmətli redaksiya!

Bu il noyabrın 6-da Musavat.com saytında, 7-də isə “Yeni Müsavat” qəzetində mənim “açıqlamam” əsasında “Gəncə İcra Hakimiyyətinin sektor müdirindən başçıya və müavininə şok ittiham” sərlövhəli məqalə dərc olunub. Məqalədə mənim əsas fikirlərim və iradlarıma yer verilmədən diqqət yalnız Məharət Mustafayevin mənə ailə qurmaq təklifi etməsi barədə şəxsimə aid olmayan açıqlamalara yönəldilib. Halbu ki, mənim fikirlərim tamam başqa kontekstə söykənirdi. Müxbir gənc xanımın gələcək həyatını düşünmədən, ona psixoloji travma vurula biləcəyinin fərqinə varmadan daha çox oxucu toplamaq məqsədi güdərək məsələnin mahiyyətini bilərəkdən təhrif edib. Mən müxbirə M.Mustafayevin mənə sevgi mesajları göndərdiyini, sevgisini etiraf etdiyini və evlənmək təklifi irəli sürdüyünü deməmişəm. Ümumiyyətlə, adımın mətbuat səhifələrində bu kontekstdə hallandırılmasını istəmirəm. Belə hallar jurnalistə oxucu toplamağa şərait yaradıbsa, mənim psixoloji cəhətdən sarsıntı yaşamağıma səbəb olub. İnsan həyatı ilə oynamaq, məsələnin mahiyyətini dəyişib “sevgi hekayəsi” yaratmaq yaxşı davranış deyil. Bir daha qeyd edirəm ki, mən müxbirə sevgi, sevgi mesajları və evlilik xüsusunda heç nə deməmişəm. Xahiş edirəm ki, kimsə mənim həyatımı öz peşəkar fəaliyyətində alətə çevirməsin.
Xahiş edirəm ki, nəzərə alasınız!

Gülnar Günəşli”

Gülnar Günəşli adından redaksiyamıza daxil olan müraciətdə göstərilənlərin məsələnin mahiyyətindən yayınmaq cəhdi olduğunu, həqiqətin üzə çıxmasını önləmək məqsədi daşıdığı anlaşılır.
Bildiririk ki, Gülnar Günəşli redakisyamıza 2 dəfə təşrif buyurub. Həmin vaxt onun yanında Gəncədən olan digər 2 şikayətçi də olub. İlk gəlişində Gülnar Günəşli Maharət Mustafayevin əməllərindən şikayətlənib. Bildirib ki, 2016-cı ildə Gəncə İH-nin Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin olunan Məharət Mustafayevin əməlləri onu özünü öldürmək həddinə çatdırıb, bununla bağlı Gəncə Prokurorluğuna şikayət verib. Lakin Gəncə Prokurorluğu şikayətə baxmayıb. Bundan sonra Bakıya gələrək Fəxri Xiyabana gedib, orada üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Gülnar Günəşli redaksiyamıza intihara cəhd etməsi ilə bağlı Səbayel Rayon Prokurorluğunun qərarını da təqdim edib.
“Yeni Müsavat”ın 6 noyabr tarixli sayında G.Günəşlinin şikayəti əsasında “Gəncə İcra Hakimiyyətinin sektor müdirindən başçıya və müavininə şok ittiham”
http://musavat.com/news/gence-icra-hakimiyyetinin-sektor-mudirinden-basciya-ve-muavinine-sok-ittiham_480968.html sərlövhəli yazı dərc olunub.
Həmin yazıda isə G.Günəşlinin redaksiyamıza təqdim etdiyi Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun qərarına istinad olunaraq yazılırdı.

Sitat:
“Hamilə olduğu müddətdə Məharət Mustafayevin ona qarşı münasibətinin çox yaxşı olduğunu, hətta ona qızım deyə müraciət etdiyini, M.Mustafayevdən rəhbər kimi heç bir narazılığının olmadığını bildirmişdir. Lakin övladı dünyaya gələndən sonra Məharət Mustafayevin ona qarşı münasibətinin tamam dəyişdiyini və ona qarşı hisslərinin olduğunu, onu sevdiyini dediyini, telefon vasitəsilə çoxsaylı sevgi mesajları, sevgi musiqiləri göndərdiyini, onunla evlənmək istədiyini dediyini bildirmişdir. O, Məharət Mustafayevə dəfələrlə 2 azyaşlı övladının olduğunu, bir daha evlilik düşünmədiyini, atası yaşında olduğunu, aralarında 31 yaş fərq olduğunu və hərəkətlərinin yaşına yaraşmadığını dəfələrlə dediyini, bu hərəkətlərindən əl çəkməsini bildirib. 2016-cı ilin dekabr ayında işdən çıxmaqla bağlı ərizə yazdığını, lakin ərizəsini qəbul etmədikləri üçün 2017-ci ilin yanvarında təkrarən işdən çıxmaqla bağlı ərizə ilə müraciət etdiyini və mart ayınadək işə çıxmadığını bildirmişdir. Lakin buna baxmayaraq ona məvacib yazıldığını və 2017-ci ilin martında Məharət Mustafayevin onun mobil telefonuna zəng vuraraq bir daha onu narahat etməyəcəyini demiş, işə çıxmağını xahiş etmişdir. O da ailədə yeganə işləyən şəxs olduğu üçün və maddi vəziyyətinin çətin olması ilə əlaqədar yenidən işə çıxmışdır. Həmin ərəfədə icra başçısının sərəncamı ilə Memarlıq və Şəhərsalma İdarəsinin nəzdində Kommersiya sektoru yaradılmış və başçının əmri ilə o, sektor müdiri vəzifəsinə təyin olunmuş, təxminən 1 ay Məharət Mustafayev onu narahat etməmişdir. Lakin sonradan yenə də ona təsir göstərməyə başlamış, lakin sonuncunun təkliflərini yenə də rədd etdiyi üçün və bu sırf işlə bağlı təzyiqlər göstərməyə, onu bu yolla əldə etməyə cəhd etmişdir. Belə ki, o, kommersiya sektoruna müdir təyin ediləndən sonra Məharət Mustafayevin təklifi ilə 6 nəfər işçini kommersiya sektoruna işə qəbul etmiş və həmin şəxsləri onun təklifi ilə işə dəvət etmişdir. Onun Məharət Mustafayevə “hə” cavabı verməməsi Məharəti o dərəcədə qıcıqlandırmışdır ki, artıq səbəbsiz yerə onun işçilərini işdən çıxarıb. O, bunun səbəbini öyrənmək üçün İcra Hakimiyyətinə gedərək M.Mustafayevdən bunun səbəbini soruşduqda o, idarənin rəisi olduğunu, bütün işçilərini işdən çıxardığını, bir daha işə gəlməmələrini bildirmiş və göstərişinə əsasən icra hakimiyyətinin mühafizə polisi onu və Sahili idarədən çıxartmışdır”.
G.Günəşli deymişdi ki, bundan sonra onun otağını möhürləyib onu işə buraxmayıblar. Otaqdakı əşyalarını götürməsinə çox ciddi əngəllər olub: “İcra Hakimiyyətinə iş otağımdan bir sıra sənədlər götürmək üçün getdikdə otağın qapısının möhürləndiyini gördüm. İşçilərdən bunu kimin elədiyini soruşdum. Dedilər ki, M. Mustafayevin göstərişinə əsasən otağın qapısı möhürlənib. M.Mustafayevə yaxınlaşaraq bunun səbəbini soruşduqda dedi ki, başçının göstərişi ilə işdən azad olunmusan, bir daha idarəyə ayaq basma. Otağın açarı məndə idi və girib uşqlarımın fotolarını, şahmat turnirlərində qalib olduğumu təsdiqləyən diplomlarımı, YAP-ın aktiv üzvü olduğumu təsdiqləyən digər sənədləri götürmək istəyirdim ki, M.Mustafayev də ardımca atıldı. Masanın üzərində nə vardı əli ilə vurub yerə tökdü. Barəmdə təhqiramiz ifadələr işlətməklə mühafizə polisini çağırdı və məni binadan çıxartdırdı. Onun təzyiqləri bundan sonra da davam etdi. Mənə zəng edib deyirdilər ki, 1 qardaşın var, onun başına oyun açacağıq. Məcbur olub 2 övladımı da götürərək avqustun 8-də Bakıya gəldim. Ombudsman Aparatına, Prezident Administrasiyasına başıma gətirilən müsibətlər haqda şikayət ərizələri yazdım. Avqustun 11-də Bakıda özümü yandırmağa cəhd etdikdən az sonra icra başçısı zəng vuraraq dedi ki, məni işdən çıxarmayıb, geri qayıdıb işimə davam edə bilərəm”.
G.Günəşli deyir ki, başçının sözlərinə inanıb və Gəncəyə gedərək başçının qəbuluna yollanıb: “Başçının qəbulunda olan zaman əl çantamı qəbul otağında qoymuşdum. Çıxanda gördüm ki, çantama müdaxilə ediblər, mobil telefonumu götürüb suya salıblar yararsız hala gətiriblər”.
G.Günəşlinin sözlərinə görə başçının qəbulunda olandan sonra da vəziyyət yaxşıya doğru dəyişməyib, əksinə daha böyük haqsızlıqlar, təzyiqlərlə üzləşib, üzünə 2 şəxsi qoyublar, onun və işçisi Nəriman Şahmari barəsində qondarma iş başlamağa cəhd olub.
G.Günəşlinin şikayəti əsasında hazırlanan yazı dərc olunandan sonra o növbəti dəfə redaksiyamıza gələrək təşəkkürünü bildirmiş, qeyd etmişdi ki, məsələ ictimailəşəndən sonra Baş Prokurorluq nəzarətə götürüb və obyektiv araşdırma aparılmasına inamını ifadə etmişdi.
G.Günəşlinin şikayəti dərc olunandan 1 aydan artıq keçəndən sonra sonra xanım zərərçəkənin belə bir müraciətə müəlliflik etdiyinə təəssüflənirik.
Hesab edirik ki, G.Günəşlinin adından yayılan müraciət onun iradəsinə zidd oaraq hazırlanıb və redakasiyamıza göndərilib.

siam.az
Gəncənin icra başçısı və müavinini ittiham edən xanımdan yeni müraciət
Gəncənin icra başçısı və müavinini ittiham edən xanımdan yeni müraciət
Gəncənin icra başçısı və müavinini ittiham edən xanımdan yeni müraciət
Gəncənin icra başçısı və müavinini ittiham edən xanımdan yeni müraciət
Gəncənin icra başçısı və müavinini ittiham edən xanımdan yeni müraciət
Gəncənin icra başçısı və müavinini ittiham edən xanımdan yeni müraciət

Şərhlər

XƏBƏR LENTİ