SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Altı min manata qədər cərimələnə bilərsiz

Altı min manata qədər cərimələnə bilərsiz

Tarix:

15-12-2017, 19:11

/ 1 716 dəfə oxundu.
Altı min manata qədər cərimələnə bilərsiz

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. xalqxeber.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması)maddəsi əlavə edilir.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Bununla bağlı “Torpaqların münbitliyi haqqında” qanunda da “əkin yeri” anlayışı təsnif olunur.

Layihə səsə qoyularaq qəbul edilib.

Şərhlər

XƏBƏR LENTİ