SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Akif Çovdarov Eldar Mahmudova qarşı

Akif Çovdarov Eldar Mahmudova qarşı

Tarix:

15-12-2017, 16:16

/ 1 986 dəfə oxundu.
Akif Çovdarov Eldar Mahmudova qarşı

Sabiq idarə rəisi sabiq generala qarşı ifadə verməyə başlayıb
Baş prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsində ifadə vermək üçün yenidən dəvət edilən Eldar Mahmudovla bağlı istintaq hərəkətləri bu gün də davam etdirilib.
İstintaqın gedişi ilə bağlı «Azadlığ»a yeni məlumatlar daxil olub. Bu məlumatlarda iddia edilir ki, Eldar Mahmudov ölkədən çıxarılan daha 1 milyard dolların taleyi ilə bağlı dindirilir. Bu 1 milyard onun oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülüb. Eldar Mahmudov bu əməliyyatların şəffaf olduğunu və ölkə rəhbərliyi ilə razılaşdırıldığını bildirir. İstintaq isə bu yerdə dalana dirənib.
Amma bu günkü istintaq prosesində də yenilik üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb. Akif Çovdarov bir neçə yüz milyon dolların taleyi ilə bağlı suallara cavab verərkən bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edir.

Şərhlər

XƏBƏR LENTİ