SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 2 saylı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevanın HAVADARI MƏLUM OLDU

2 saylı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevanın HAVADARI MƏLUM OLDU

Tarix:

15-12-2017, 13:12

/ 8 487 dəfə oxundu.
2 saylı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevanın HAVADARI MƏLUM OLDU

Hər şey ondan başladı ki, Milli Məclisin deputatı ak. Ziyad Səmədzadənin qızı, Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə “Bakılılar Günü”ndə rayon camaatını təhqir etdi. Onun sözlərinə görə, təhsil müəssisələrində rüşvət almağı məhz rayon adamları “dəbə gətirib”:
“Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır. Bu məsələdə nə qədər səmimi olduğumu mahnılarımın ifaçılarının Azərbaycanın müxtəlif bölgələrindən olması sübut edir.
Yerlibaz söhbətlərini həmişə Bakıya sonradan gələnlər salıb. Yəqin düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünümüdafiə halları yaradıb, bunu da anlayıram, amma bu, Bakını sevməməyə səbəb deyil. Bakı mənim üçün doğmadır. Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə burada yaşayır? Hər bölgənin yalnız öz balaca vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Ora da həkim, müəllim, jurnalist, vəkil lazımdır. Nə danışsaq, nə proqnozlar versək də, Azərbaycanı yalnız mütəşəkkil aydınlıq inkişaf etdirə bilər.
Gəlin, nə Azərbaycanı incidək, nə də hər gələnə qucaq açan Bakını. Ara-sıra paylaşdığınız Bakı və bakılılardan narazı statuslarınıza münasibətimi Bakılılar günündə bildirdim. Misal var, deyərsən, mərd olar, deməzsən, dərd olar. Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir. Yerlibaz şərhlərə ehtiyac yoxdur”.
Ola bilsin ki, Aygün Səmədzadənin də, onun rəhmətlik anasının da sözlərində müəyyən qədər həqiqət payı vardır. Ancaq rayonlulardan imtahan götürən şəxslər boğazlarından rüşvət keçməyəcək qədər pak olsaydılar, o çolpa və motal pendirini də qəbul etməzdilər.
Nə isə… Aygün xanımın statusuna münasibət bildirənlər az olmadı. Biz də mövzunun ictimaiyyət üçün maraq kəsb etdiyini nəzərə alıb respondentləri “yerlibaz şərhçilər” arasından deyil, ilk növbədə Aygün xanımın ziyalı həmcins həmyerliləri arasından seçməyə çalışdıq ki, öyrənək görək onunla həmfikirdirlər, ya yox. Əslən bakılı olan tibb elmləri namizədi, 2 saylı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevaya zəng açdıq, vətəndaş mövqeyini ortaya qoymağı təklif etdik. Dilarə müəllimə məsələnin məğzini öyrənən kimi hər hansı münasibət bildirməkdən imtina etdi. İmtinasını da bununla əsaslandırmağa çalışdı ki, Aygün xanımın bacısı Aytən Səmədzadə onun rəhbərlik etdiyi kollecdə işləyib. Yəqin etdik ki, Dilarə xanım da Aygün Səmədzadənin sözləri ilə razı deyil, amma keçmiş iş yoldaşının xətrinə dəyməsin deyə adekvat münasibət bildirməkdən çəkinir.
Ancaq sonradan apardığımız araşdırmalarımızdan bəlli oldu ki, Dilarə Məmmədəliyeva ilə Səmədzadələri birləşdirən amil məhz bakılı həmrəyliyidir. Ən əvvəl onu qeyd edək ki, akademik Ziyad Səmədzadə Dilarə müəllimənin əslən Novxanıdan olan həyat yoldaşı Namik Babayevin atası məşhur neftçi-mühəndis Nəsrullah Babayevlə, əmisi Davud Babayevlə möhkəm dost olublar. Hətta Ziyad Səmədzadə Davud Babayevin 70 illik yubileyinə həsr etdiyi məqaləsində onu Davud peyğəmbərlə müqayisə edib.
Yeri gəlmişkən, ak. Ziyad Səmədzadənin “peyğəmbərlik zirvəsinə qaldırdığı” şəxslərdən biri də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun mərhum atası akademik Əhməd Mahmudov olmuşdur. AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş Şahbaz Muradov 50 ildən çox müddətdə yaxın dostluq etdiyi Ziyad Səmədzadə barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət yazmışdı: “Ak. Z.Səmədzadə mənim İnstitutun direktoru vəzifəsindən çıxmağımda və yerimə i.e.d. İsa Alıyevin seçdirilməsində ak. Əhməd Mahmudovun oğlu Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun adından da çox məharətlə istifadə etmişdir. Ak. Z.Səmədzadə əvvəlcədən 2008-ci ilin may ayında general-leytenant Eldar Mahmudovun xoşuna gəlmək məqsədilə əksəriyyəti özünün yaxın ətrafından, keçmiş aspirantlarından, öz övladlarından və yaxın qohumlarından ibarət olan və nə ak. Ə.Mahmudovun özü, nə onun yaradıcılığı və nə də elmi əsərləri ilə heç bir əlaqəsi və tanışlığı olmayan, bu günə kimi ak. Ə.Mahmudovun bircə kitabını belə oxumayan, onun əsərlərinin üzünü belə görməyən adamlardan ibarət bir elmi redaksiya heyəti yaradıb özünün baş redaktorluğu ilə ak. Ə.Mahmudovun guya əsərlərinin məcmusundan ibarət “Azərbaycan iqtisadiyyatının aktual problemləri” adlı 912 səhifəlik bir kitab nəşr etdirmiş, öz övladlarını həmin kitabın redaksiya heyətinə, hətta, iqtisadçı yox, tibb işçisi olan qızı Aytən Səmədzadəni bu kitabın redaktoru və onun buraxılışına məsul şəxs təyin etmişdir”
Əlbəttə, ağlabatan versiya budur ki, Aytən Səmədzadə bu heyətə məhz atasının təsis etdiyi “İqtisadiyyat” qəzetinin baş redaktoru kimi qatılmışdır. Di gəl, onun redaktor kimi necə peşəkar olması nəzərə alınmamışdır. Məsələ burasındadır ki, “İqtisadiyyat” qəzetində sözün həqiqi mənasında oğurluq elmi-iqtisadi məqalələr də dərc olunub. Aytən Səmədzadə həmin faktlar barədə mətbuata verdiyi açıqlamalarda məsuliyyəti plagiatçı müəlliflərlə özü bölüşməklə suçu Ziyad Səmədzadədən yayındırmağa çalışmışdır.
Bax elə burada necə deyərlər, “xoruzun quyruğu göründü”. Xatırlatmağa dəyər ki, D. Məmmədəliyeva barəsində ən çox tənqid yazılan orta ixtisas təhsili müəssisələri rəhbərlərindən biridir. Onun haqqında yazıblar ki, kollecdən qazandığı haram pullar hesabına paytaxtın 6-cı mikrorayonunda gözəllik salonu və lombard işlədir. 2 saylı Baza Tibb Kollecində korrupsiya hüquqpozmalarının baş alıb-getməsindən, hətta tələbə qızın tələb olunan rüşvəti vermək üçün barmağından üzüyü çıxarıb satmasından da yazılıb. Söz yox, mətbu nəşrlərdə gedən tənqidi məqalələri pozdurmaq olmaz, onların təkzib edilməsini isə məhkəmə qaydasında tələb etmək mümkündür. Ancaq internet resurslarında yer alan yazıların silinməsinə nail olmaq olar. D. Məmmədəliyeva buna lüzum görməyib. Yəqin arxayındır ki, nə Səhiyyə Nazirliyi, nə də hüquq-mühafizə orqanları həmin yazılarda ehtiva olunanların izinə düşüb ona “gözün üstə qaşın var” deməyəcəklər. Bunca özündənrazılıq isə yalnız havadarı güclü adamlara xasdır. Ehtimal böyükdür ki, həmin havadar məhz elə Ziyad Səmədzadədir.
Onu da qeyd etməyə dəyər ki, Eldar Mahmudovun MTN rəhbəri işlədiyi 2004-2015-ci illər ərzində D. Məmmədəliyevanın özünün və yaxınlarının karyerasında xeyli irəliləyişlər olduğunu görmək mümkündür. Bu isə əlahiddə bir söhbətin mövzusudur. Qəzetin növbəti sayında mövzuya qayıdacağıq.

Müəllif: Pünhan Şükür
2 saylı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevanın HAVADARI MƏLUM OLDU
2 saylı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevanın HAVADARI MƏLUM OLDU

Şərhlər

XƏBƏR LENTİ