SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Jurnalistlərin konstitusion hüquqlarını əlindən almaq olmaz”- QÜDRƏT HƏSƏNQULİYEV

“Jurnalistlərin konstitusion hüquqlarını əlindən almaq olmaz”- QÜDRƏT HƏSƏNQULİYEV

Tarix:

15-12-2017, 13:06

/ 2 081 dəfə oxundu.
“Jurnalistlərin konstitusion hüquqlarını əlindən almaq olmaz”- QÜDRƏT HƏSƏNQULİYEV

“Jurnalistlərin konstitusion hüquqlarını əlindən almaq olmaz. Onlara nəinki digər sahələrdə, eyni zamanda ordudakı problemləri araşdırmaq imkanı verilsin”.

Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında “Silahlı Qüvvələr haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, jurnalistlərə orduda baş verən problemlərin araşdırılmasına imkan verilmir ki, guya bunlar sirrdir və düşmən tərəf bundan xəbər tuta bilər: “Mən isə əksinə hesab edirəm ki, ordudakı problemlərdən cəmiyyət xəbərdar olmayanda bu daha ciddi fəsadlara yol açır. Nəinki, onu gizlətməklə. Düzdür, mən ordu və dövlət sirrini istisna edirəm. Ona görə də jurnalistlərə şərait yaradılmalıdır ki, onlar əsgər və zabitlərlə təmas qura bilsin, oradakı problemlərdən yazsınlar”.

Q.Həsənquliyev eyni zamanda, Milli Məclisdə müzakirələr zamanı deputatların verdiyi təkliflərin nəzərə alınmamasından gileyləndi. O bildirib ki, məsələn Rusiyada büdcə müzakirələri zamanı deputatların 540 təklifi nəzərə alınıb və bunun nəticəsində 3 trilyon rublluq büdcənin bir trilyonu həmin təkliflər əsasında yenidən bölüşdürülüb: “Bizdə isə belə hallara çox az rast gəlirik”.

Şərhlər

XƏBƏR LENTİ