SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Fazil Məmmədov iki federasiyanın prezidentliyindən gedir

Fazil Məmmədov iki federasiyanın prezidentliyindən gedir

Tarix:

12-12-2017, 11:39

/ 2 560 dəfə oxundu.
Fazil Məmmədov iki federasiyanın prezidentliyindən gedir

Keçmiş vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyası (AGF) prezidentliyindən gedir.
Özəl məlumata görə, sabiq nazirin yaxın vaxtlarda AGF rəhbərliyindən yola salınması və yerinə yeni prezident seçilməsi gözlənilir.
F.Məmmədovu hazırda federasiyada I vitse-prezident Sahib Ələkbərov əvəzləyir. S.Ələkbərov həm də vergilər nazirinin mavinidir.
Sabiq naziri eynilə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun idman sahəsindəki aqibəti gözləyir.
O da postundan getdikdən sonra Azərbaycan Voleybol Federasiyasına rəhbər posta “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov gətirildi.
Məlumatda bildirilir ki, F.Məmmədovun fəaliyyətindən güləşçilər də narazı idilər. Hətta bir müddət əvvəl əmək haqqı almayan titullu idmançılarımız aksiya keçirmişdilər.
Bu aksiyalarda xüsusən Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev çıxışlar edirdi.
1993-cü ildə Azərbaycan Güləş Federasiyası təsis olunaraq, elə həmin ildə, İsveçrənin Lozanna şəhərində FİLA-nın baş qərargahında rəsmən Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına qəbul olunub.
Bundan əlavə, F.Məmmədov Azərbaycan Otüstü Hokkey Federasiyasının da prezidentidir.
Əvvəllər sabiq nazirin nəzarətindəki federasiyalarda idmançıların təminatı çox yüksək səviyyələrdə olub. Ancaq son illər bunun tam əksi müşahidə olunurdu.
Böyük ehtimalla eks-nazir Otüstü Hokkey Federasiyasının rəhbərliyindən də gedəcək. Hazırda Azərbaycanda otüstü hokkey çempionatı keçirilmir.
Yığma komandalar da fəaliyyətini çoxdan dayandırıb. Halbuki əvvəllər yüksək səviyyəli otüstü hokkey komandaları mövcud olub.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ