SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “FƏRARİYƏ QIZ VERMƏYİN…” - Əli Həsənovun “analoqsuz” özünüifşası…

“FƏRARİYƏ QIZ VERMƏYİN…” - Əli Həsənovun “analoqsuz” özünüifşası…

Tarix:

24-11-2017, 17:05

/ 1 902 dəfə oxundu.
“FƏRARİYƏ QIZ VERMƏYİN…” - Əli Həsənovun “analoqsuz” özünüifşası…

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda “Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. N.Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir.
Bügünkü məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, N.Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O bildirib ki, evlidir, ali təhsillidir, əvvəllər məhkumluq həyatı yaşamayıb, həbs olunana qədər işləməyib və hərbi xidmətdə olmayıb. Heç vaxt işləməyən, hərbi xidmətdə olmayan bu gənc, dəyəri yüzminlərlə ölçülən bahalı avtomobildə avtoxuliqanlıq edərkən qəza törədib, 2 nəfərin ölümünə, daha ikisinin isə ağır yaralanmasına səbəb olub.
Xatırlatmaq yerinə düşər ki, Əli Həsənov əslən Füzuli rayonundandır. O Füzulidən ki, elə nail Allahverdiyev anadan olan ili ermənilər tərəfindən işğal olunub və bu gün də düşmən tapdağı altındadır. 20 ildən artıqdır baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutan və məhz qaçqınların hesabına oliqarxa çevrilən Əli Həsənov isə nəvəsini hərbi xidmətə göndərmək əvəzinə Bakıda harınlatmaq yolunu tutub. Halbuki, bu riyakar adam, çox da uzaq olmayan keçmişdə – elə bu ilin mart ayında belə bir açıqlama ilkə çıxış etmişdi: “Bu gün elə dövrə gəlib çatmışıq ki, yalnız milli ruhda böyümək kifayət etmir. 2014-cü ildə məcburi köçkün uşaqlarının hərbi təhsil alması ilə bağlı araşdırma apardıq və nəticədə xoşagəlməz mənzərə ilə qarşılaşdıq. Bütün işğal olunmuş rayonlardan hərbi ali məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə məruzə edərək nəticələrin aradan qaldırmaq üçün icazə istədik. Təhsil Nazirliyi ilə birlikdə görüş keçirildi. Hətta məcburi köçkün ailələrinə müraciət etdim ki, hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin. Sənin torpaqların işğal olunubsa və sən hərbi təhsil almaq istəməyib fərarilik edirsənsə, bu, yolverilməzdir. Türkiyədə vətənpərvərlik sevgisi çox böyükdür. Odur ki, gözəl nümunə yanımızdadır. Bu gün ölkədə fərariliyin səviyyəsi aşağı düşüb. Ən qeyrətli və vicdanlı oğullarımız şəhid olur”.
Ə.Həsənovun bu açıqlamasından cəmi bir neçə ay sonra məlum oldu ki, şəhid olan və olmağı göz önünə alan “qeyrətli və vicdanlı” oğullar arasında, nə işdisə onun öz yaxınları yoxdur. Üstəlik, başqalarına hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməməyi tövsiyyə edən Əli Həsənov, özünün harın və fərari nəvəsinə hətta bir general qızını almaq həvəsinə də düşüb və buna nail olub. Bu 23 yaşlı fərari və harın gəncin qayınatası isə, Azərbaycan dövlətinin sərhədlərinin müdafiəsindən sorumlu olan DSX rəisindən bir başqası deyil…
Belə riyakar, xalqdan uzaq, milləti və dövləti qazanc mənbəyi kimi görən adamların yuxarı başlarda oturduğu bir ölkə öz torpaqlarını işğaldan azad edə bilərmi?…

AzPolitika.info

Şərhlər

XƏBƏR LENTİ