SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Generala qarşı 300 minlik iddia

Generala qarşı 300 minlik iddia

Tarix:

24-11-2017, 13:12

/ 1 566 dəfə oxundu.
Generala qarşı 300 minlik iddia

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevə cəza istənilib.

Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə zərərçəkən şəxslər və vəkilləri çıxış edərək mülki iddialarının təmin edilməsini istəyiblər. Zərərçəkən Xaliq Sadıxov E.Quliyevə qarşı 300 min manatlıq iddia qaldırıb və ödəməsini tələb edib.

Ötən iclasda dövlət ittihamçısı çıxış edərək E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin E.Quliyevdən general, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün təqdimat verilməyini və əmlaklarının müsadirə edilməsini istəyib.

Şərhlər

XƏBƏR LENTİ