SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına siyasi qiymət verildi

Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına siyasi qiymət verildi

Tarix:

23-11-2017, 15:45

/ 1 501 dəfə oxundu.
Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına siyasi qiymət verildi

Müsavat Partiyası vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından xaric edilməsi haqqında qərarı pisləyən bəyanat yayıb.

“Tanınmış vəkil, hüquq müdafiəçisi Yalçın İmanovun Ədliyyə Nazirliyinin şikayəti əsasında hakimiyyətin tam nəzarətində olduğu şübhə doğurmayan Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən kollegiya üzvlüyündən çıxarılması və vəkillikdən xaric edilməsi məqsədilə məhkəməyə müraciət edilməsi haqda qərar qəbul edilib”, – Müsavatın mətbuat xidmətindən “Basta”ya təqdim olunan sənəddə deyilir.

“Müsavat Partiyası siyasi məhbusların əsas müdafiəçilərindən kimi tanınan Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasını hakimiyyətin ölkədə opponentsiz məhkəmə sistemi qurulması istiqamətində uzun illər apardığı siyasətin davamı kimi qiymətləndirir. Müsavat Patriyası hakimiyyətin bu addımını ədalət mühakiməsi sisteminin tamamilə aradan qaldırımasına yönəlmiş daha bir addım kimi qətiyyətlə pisləyir”, – bəyanatda deyilir.

Şərhlər

XƏBƏR LENTİ