SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Tarix:

22-11-2017, 16:30

/ 2 229 dəfə oxundu.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Noyabrın 15-dən 17-dək Portuqaliya Respublikasının paytaxtı Lissabon şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən Portuqaliyanın Daxili İşlər Nazirliyinin dəstəyi ilə 17-ci illik Peşəkar Konfrans və Baş Assambleyasının növbəti iclası keçirilmişdir. Tədbirdə Avropanın 35 ölkəsindən olan 160-a yaxın nümayəndələr, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq qurumlar və vəzifəli şəxslər iştirak etmişlər. Bu barədə xalqxeber.az-a Baş Prokurorluqdan daxil olan məlumatda deyilir.
Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin rəisi Fuad Rəsulov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elnur Hümbətov təmsil etmişlər.
Portuqaliyanın Daxili İşlər Naziri Eduardo Kabrita və Avropa Tərəfdaşları Təşkilatı və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin prezidenti Andreas Vieselhalerin Assambleya iştirakçılarını salamlaması ilə öz işinə başlayan iclasda Avropada və dünyada korrupsiyaya qarşı mübarizə səylərinin inkişafının ölçülməsi, korrupsiyaya qarşı mübarizə sahəsində təşkilata üzv ölkələr tərəfindən əldə olunmuş ən yüksək təcrübələrin öyrənilməsi, dünya ölkələrində korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, elektron dövlətin rolu, şəffaflığın təmin olunması, vəzifəli şəxslərin xidməti fəaliyyətinin, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının pozulmasının qarşısının alınması, vətəndaş-məmur münasibətlərində etik normalara əməl olunması kimi preventiv tədbirlərin həyata keçirilməsi və digər bu kimi aktual mövzular geniş müzakirə edilmiş, risklərin idarə və analiz edilməsi, eləcə də məlumatların qorunması üzrə işçi qruplar tərəfindən aparılan təhlillərin nəticələri dinlənilmişdir.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə ölkəmizdə aparılan mütərəqqi tədbirlər, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan institusional və qanunvericilik islahatları, o cümlədən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və “ASAN xidmət” haqqında verilən məlumatlar böyük marağa səbəb olmuş, qeyd edilən nailiyyətləri özündə əks etdirən buklet və broşürlər tədbir iştirakçılarına təqdim edilmişdir.Noyabrın 15-dən 17-dək Portuqaliya Respublikasının paytaxtı Lissabon şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən Portuqaliyanın Daxili İşlər Nazirliyinin dəstəyi ilə 17-ci illik Peşəkar Konfrans və Baş Assambleyasının növbəti iclası keçirilmişdir. Tədbirdə Avropanın 35 ölkəsindən olan 160-a yaxın nümayəndələr, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq qurumlar və vəzifəli şəxslər iştirak etmişlər.
Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin rəisi Fuad Rəsulov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elnur Hümbətov təmsil etmişlər.
Portuqaliyanın Daxili İşlər Naziri Eduardo Kabrita və Avropa Tərəfdaşları Təşkilatı və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin prezidenti Andreas Vieselhalerin Assambleya iştirakçılarını salamlaması ilə öz işinə başlayan iclasda Avropada və dünyada korrupsiyaya qarşı mübarizə səylərinin inkişafının ölçülməsi, korrupsiyaya qarşı mübarizə sahəsində təşkilata üzv ölkələr tərəfindən əldə olunmuş ən yüksək təcrübələrin öyrənilməsi, dünya ölkələrində korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, elektron dövlətin rolu, şəffaflığın təmin olunması, vəzifəli şəxslərin xidməti fəaliyyətinin, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının pozulmasının qarşısının alınması, vətəndaş-məmur münasibətlərində etik normalara əməl olunması kimi preventiv tədbirlərin həyata keçirilməsi və digər bu kimi aktual mövzular geniş müzakirə edilmiş, risklərin idarə və analiz edilməsi, eləcə də məlumatların qorunması üzrə işçi qruplar tərəfindən aparılan təhlillərin nəticələri dinlənilmişdir.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə ölkəmizdə aparılan mütərəqqi tədbirlər, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan institusional və qanunvericilik islahatları, o cümlədən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və “ASAN xidmət” haqqında verilən məlumatlar böyük marağa səbəb olmuş, qeyd edilən nailiyyətləri özündə əks etdirən buklet və broşürlər tədbir iştirakçılarına təqdim edilmişdir.

Şərhlər

XƏBƏR LENTİ