SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ayı ovlayanlar SAXLANILDI - Azərbaycanda

Ayı ovlayanlar SAXLANILDI - Azərbaycanda

Tarix:

22-11-2017, 16:26

/ 1 673 dəfə oxundu.
Ayı ovlayanlar SAXLANILDI - Azərbaycanda

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahdağ Milli Parkının Quba rayon ərazisində reyd keçirən zaman 3 atlının yüklü halda hərəkət etdiyini görüb onları saxlamaq istəsələr də, sonuncular atların üzərindəki yüklərini ataraq oradan uzaqlaşıblar. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Baxış zamanı kisələrin içində adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş qonur ayının kəsilmiş başı, dərisi, hissələrə bölünmüş əti və ov alətləri aşkar edilib.
Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yerli hüquq-mühafizə orqanlarına göndərilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ayını qanunsuz ovlamış şəxslər müəyyən ediliblər.
Şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilən Qonaqkənd kənd sakinləri Fariz Rəhmanovun, Aydın Nəsirovun və Pirməmməd Nemətovun ovu birgə etdikləri məlum olub.
Onlardan ov zamanı istifadə etdikləri “İJ” markalı ov tüfəngi və 6 ədəd patron götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Ayı ovlayanlar SAXLANILDI - Azərbaycanda
Ayı ovlayanlar SAXLANILDI - Azərbaycanda

Şərhlər

XƏBƏR LENTİ