SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Gözəl Bayramlının məhkəməsi başlayır

Gözəl Bayramlının məhkəməsi başlayır

Tarix:

22-11-2017, 14:26

/ 1 741 dəfə oxundu.
Gözəl Bayramlının məhkəməsi başlayır

AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi başlayır. xalqxeber.az-ın verdiyi xəbərə görə, onun barəsindəki cinayət işi baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə Qazax rayon Məhkəməsinin sədri Ağarza Səmədov sədrlik edəcək.

Məhkəmənin hazırlıq iclası noyabrın 30-na təyin edilib.

Rəsmi məlumata görə, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ