SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Tiflisdə anti-terror əməliyyatı - Xüsusi təyinatlı öldürüldü

Tiflisdə anti-terror əməliyyatı - Xüsusi təyinatlı öldürüldü

Tarix:

22-11-2017, 13:13

/ 1 940 dəfə oxundu.
Tiflisdə anti-terror əməliyyatı - Xüsusi təyinatlı öldürüldü

Gürcüstanın paytaxtı Tiflisdə yaşayış binasında terrorçuların yaxalanması üçün xüsusi əməliyyat keçirilir.

Gürcü KİV-nə istinadən xəbər veririk ki, antiterror əməliyyatı artıq 16 saatdır ki, davam edir.

Bina gecə saatlarından etibarən xüsusi təyinatlı qüvvələr tərəfindən mühasirəyə alınıb. Xüsusi Təyinatlı Qüvvələrin bir əməkdaşı başından aldığı güllə yarasından ölüb. Terror qruplaşmasının üzvü olan bir nəfər isə yaxalanıb. Digərlərinin saxlanılması üçün əməliyyat davam etdirilir.

Bütün gecə atəş səsləri və qranat partlaması eşidilib. Təşvişə düşən bir qrup sakin evakuasiya edilib.

Terrorçuların Gürcüstan vətəndaşı olmadıqları bildirilir.

Şərhlər

XƏBƏR LENTİ