SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Niyə onu əvvəlki kimi sevmirəm? – SƏBƏBLƏRİ

Niyə onu əvvəlki kimi sevmirəm? – SƏBƏBLƏRİ

Tarix:

22-11-2017, 12:29

/ 1 442 dəfə oxundu.
Niyə onu əvvəlki kimi sevmirəm? – SƏBƏBLƏRİ

Vaxtilə dəlilər kimi aşiq olduğunuz insanı indi əvvəlki kimi sevmir və bu münasibəti artıq bitirmək istəyirsiniz. Bəs bu böyük sevginin bitməsinə nəyin səbəb olduğunu heç düşündünüzmü? Bu sual ətrafında düşünməniz üçün sizə yardım edəcəyik.

“Onsuz da mənimdir” düşüncəsi

İlk bir neçə ayı xoş keçirdikdən sonra bir çox cütlük “onsuz da mənimdir, mənə məxsusdur” kimi yanlış düşünməyə başlayar. Və bu da tərəflərdən birinin “birlikdə olmağımızın artıq mənası qalmadı” deyənə kimi davam edər. Ancaq münasibətinizi bir körpə kimi düşün. Körpənizə bir neçə il baxıb sonra “onsuz da öz-özünə böyüyəcək” deyib bir kənara atarsınız?

Sevginizə sahib çıxın və hər mərhələsində onun üçün nələrsə etməyə çalışın. Bir-birinizlə maraqlanın, bir-biriniz üçün darıxın, fikrilərinizi paylaşın, problemləri böyüyüb həllolunmaz hala gətirmədən oturub müzakirə edin. Bir sözlə, hər ikiniz də çalışın.

İş bölgüsü etməmək

Əsəbisiniz, həm də çox... Sevdiyiniz adamla bir evdə yaşamağa başlayandan etibarən o, bütün ev işlərini (paltar yumaq, ev təmizləmək, qab yumaq və s. ) ancaq sizin görməli olduğunuzu düşünür, halbuki sizin də işiniz onunku qədər ağırdır. Evlənəndən sonra bir çox ailədə rollar artıq bölüşür və ev işləri də həmişəki kimi qadının üzərinə atılır. Ancaq bilməlisiniz ki, bunlar hər ikinizin də işidir.

Ərinizə evlə bağlı bəzi işlər tapşırın. Marketə dönmədən evə gəldi? Qətiyyən onun yerinə durub marketə getməyin. Mətbəxi təmizləməkdə elə də bacarıqlı deyil? Eybi yox, qoyun təmizləsin. Vacib olan bir sıra məsuliyyətlərinin olduğunu dərk etsin. Yoxsa gördüyünüz hər yaxşılıq bir müddət sonra sizi münasibətinizdən soyudar.

Keçmiş sevgilinin kölgəsindən xilas olmamaq

Bəzən keçmişdəki bir münasibətin kölgəsi bu günün xoşbəxt sevgisinin üzərinə düşə bilər. “Yeni sevgilim doğru insandırmı? Yoxsa hələ də mənim üçün çalışan keçmiş sevgilimə geri qayıdım?” kimi şübhələr gözəl davam edən sevgini bir müddət sonra zəhərləməyə başlayar. Böyük ehtimalla qarşı tərəf də bundan sıxılar və münasibətini bitirər. Əgər keçmiş sevgilisiylə bağlı tərəddüdləri olan sizsinizsə, tövsiyəmiz odur ki, onu udun, çünki eyni suda iki dəfə yuyunmaq olmaz. Özünüzə və yeni sevgilinizə gerçək bir şans verin.
Yeni sevgilinizi keçmişdəkiylə heç vaxt müqayisə etməyə çalışmayın.

Onu olduğu kimi qəbul etməmək

Fərqli düşüncələrə, maraqlara sahib olmaq, gələcəyə dair planların, xəyalların, dünyagörüşlərinin fərqli olması çox vaxt ayrılığa səbəb olur. Xarakteriniz eyni olmaq məcburiyyətində deyil. Məsələn, siz daha şənsiniz, o isə sakitdir. Ancaq həyata və dünyaya baxışınız, zövqləriniz, planlarınız uyğun gəlmirsə, işiniz çox çətindir.

Şərhlər

XƏBƏR LENTİ