SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 16 minlik avtomobil Azərbaycana 97 minə gəlib çıxır – Gömrükdə ŞOK QİYMƏT

16 minlik avtomobil Azərbaycana 97 minə gəlib çıxır – Gömrükdə ŞOK QİYMƏT

Tarix:

22-11-2017, 12:17

/ 1 744 dəfə oxundu.
16 minlik avtomobil Azərbaycana 97 minə gəlib çıxır – Gömrükdə ŞOK QİYMƏT

Dəyəri 9500 dollar olan 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri sizi şoka salacaq. VIP Escort MMC-nin direktoru Rəşad Quliyev feysbookda paylaşdığı statusda bildirib ki, Dövlət Gömrük Komitəsinin elektron kalkulyatorunda apardığı kiçik araşdırma zamanı dəhşətli nəticə əldə olunub. Məlum olub ki, 9500 dollarlıq (16 min manatlıq) 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri 80 min 840 manata başa gəlir. Buraya aşağıdakılar daxildir:
Aksiz vergisi – 59120 manat
Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu – 6775.47 manat
Əməliyyat haqqı - 100 manat
Vəsiqə haqqı 20 manat
ƏDV 14790 manat 13 qəpik
Elektron gömrük xidmətinin göstərilməsinə görə - 30 manat
Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV – 5 manat 40 qəpik
Cəmi: 80840 manat 99 qəpik.
Rəşad Quliyev daha sonra müqayisə üçün yazıb ki, Amerikadan idxal olunan 9500 dollarlıq avtomobilin (yol xərci daxil) Almaniyada idxal gömrük rüsumu 10% + 19% əlavə dəyər vergisi =29%-dir. Bu da təxminən 2755 dollar edir.

Şərhlər

XƏBƏR LENTİ