SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputat nazirə səsləndi: - Onların bu pula ehtiyacı var

Deputat nazirə səsləndi: - Onların bu pula ehtiyacı var

Tarix:

22-11-2017, 11:20

/ 1 747 dəfə oxundu.
Deputat nazirə səsləndi: - Onların bu pula ehtiyacı var

Şəhid və Qarabağ qazilərinin əksəriyyətinin sığorta puluna böyük ehtiyacı var.

Bununla bağlı ötən gün Milli Məclisidə 2018-ci ilin büdcə müzakirələri zamanı çıxışında millət vəkili Qənirə Paşayeva məsələ qaldırıb. Deputat şəhid ailələri və Qarabağ qazilərinə verilməli olan sığorta pulunun ödənilməsində yaranan problemlərdən danışıb:

“Şəhid ailələri bizim baş tacımızdır, ən dəyərlimizdir. Onlar bizim qəbulumuza gələrək və ya hər hansı bir tədbirdə görüşdüyümüz zamanı mütləq bu məsələni qaldırır və həmin vəsaitin nə zaman veriləcəyini soruşurlar və buna ehtiyaclarının olduğunu bildirirlər. Onlara cavab verə bilmirik. Ailələrin əksəriyyətinin həmin pula böyük ehtiyacı var. İndi hökumət üzvlərimizdən, maliyyə naziri Samir müəllimdən soruşmaq istəyirəm ki, o ailələrə nə cavab verək. Gələn ilin büdcəsində bununla bağlı məsələ nəzərdə tutulubmu? Bu məsələnin öz həllini tapmasını xahiş edirik. Çünki bu çox vacib bir məsələdir”.

Şərhlər

XƏBƏR LENTİ