SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Gözəl Bayramlının cinayət işinə Qazax rayon Məhkəməsində baxılacaq

Gözəl Bayramlının cinayət işinə Qazax rayon Məhkəməsində baxılacaq

Tarix:

20-11-2017, 15:32

/ 1 585 dəfə oxundu.
Gözəl Bayramlının cinayət işinə Qazax rayon Məhkəməsində baxılacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işinə Qazax rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) baxılacaq. Məhkəmənin vaxtı gələn həftə təyin ediləcək. Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Gözəl Bayramlı Gəncə İstintaq Təcridxanasına köçürüləcək.

Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib.

Noyabrın 1-də Gözəl Bayramlının cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı elan olunub.

Şərhlər

XƏBƏR LENTİ