SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Akif Çovdarov apellyasiya şikayəti verdi

Akif Çovdarov apellyasiya şikayəti verdi

Tarix:

20-11-2017, 14:35

/ 1 621 dəfə oxundu.
Akif Çovdarov apellyasiya şikayəti verdi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Bu barədə A.Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib. O qeyd edib ki, əmlakı dövlətin xeyrinə müsadirə olunan zərərçəkmişlər də apellyasiya şikayəti verib.
Şikayətdə təqsirləndirilən şəxslərə bəraət verilməsi istənilir.
İşə yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.
Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarıb.

Şərhlər

XƏBƏR LENTİ