Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin məhkəməsi keçirilib.
Prosesdə Ə.Hüseynzadənin müdafiəsinə yeni vəkil – Lalə Mansurovanın qoşulduğu elan edilib. L.Mansurova cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyib.
Məhkəmə noyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına müqavimət göstərməkdə ittiham edilir.