SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Fuad Poladov: "Səsim batıb, heç nə kömək etmir"

Fuad Poladov: "Səsim batıb, heç nə kömək etmir"

Tarix:

20-11-2017, 13:28

/ 2 043 dəfə oxundu.
Fuad Poladov: "Səsim batıb, heç nə kömək etmir"

Azərbaycanın Xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.

Bu barədə danışan aktyor bir müddət əvvəl müalicə aldığı Milli Onkologiya Mərkəzindən çıxdığını qeyd edib.

"Evdəyəm, müalicə alıram. Amma iynə-dərmanın heç bir xeyri yoxdur, özümdə bir irəliləyiş hiss etmirəm. Yanvar ayından səsim batıb, heç nə kömək etmir”, - deyə o bildirib.

Çox çətinliklə danışan F.Poladov həmkarlarının ona tez-tez baş çəkdiyini vurğulayıb: "Zəng edirlər, gəlirlər. Amma onların adını çəkmək istəmirəm. Çünki sonra onlara problem olar. İşdən çıxararlar. Həmkarlarımı çətin vəziyyətdə qoymaq istəmirəm”.

Qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.

Şərhlər

XƏBƏR LENTİ