SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən - ŞİKAYƏT

"Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən - ŞİKAYƏT

Tarix:

20-11-2017, 11:47

/ 2 890 dəfə oxundu.
"Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən - ŞİKAYƏT

"Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin müdiri İlqar Mütəllibovun cinayət fəaliyyəti ilə məşğul olmasını təsdiq edən konkret subutları mətbuat vasitəsi ilə hüquq mühafizə orqanlarına və ictimaiyyətə təqdim edirik. Hansı ki, təqdim etdiyimiz bu subutlar əsas veriri ki, dövlət vəsaitini talan etməklə, saxtakarlıqla məşğul olan "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin müdiri İlqar Mütəllibov dərhal həbs edilsin.
Belə ki, "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin müdiri İlqar Mütəllibov Göyçay rayonunun kəndlərindəki artezan matorlarını başqa-başqa şəxslərə icarəyə verib aylıq pulu cibinə qoyur.Cəyirli kəndindəki artezanda su nasosu matoristi Cavanşir Rəsulovun adı sənədləşdirilsədə oranı Baba adlı şəxsə ayı 1000 manata icarəyə verib.Baba adlı şəxs artezan suyunun satışı ilə məşğul olur.Qarabağlar kəndindəki artezanda su nasosu matoristi Vüqar adlı şəxs sənədləşdirilsədə oranı Elburus adlı şəxsə icarəyə verib.Şəhadət kəndindəki artezanda Tamara Mollayevanın adı sənədləşdirilsədə Rəşid adlı şəxsə icarəyə verilmişdir.Göyçay rayonundakı bütün artezanlar başqa şəxslərə ayı 1000 manata icarəyə verilmişdir.Rayon ərazisində sahibkarlıq obyektlərinin əksəriyyətinə istifadə etdikləri suya görə əhali sayğacı qoyulub.Hansı ki, qanuna əsasən kommersiya obyektlərinə qeyri əhali sayğacları quraşdırılıb həmin tariflə pul hesablanmalıdır.Bu isə küllü miqdarda pul edirki, İlqar Mütəllibovun birbaşa cibinə gedir.
Həmçinin İlqar Mütəllibovun özünə və qohumlarına məxsus çoxlusayda kommersiya obyektlərinə əhali sayğacı qoyulub və bir-neçəsində isə sayğacdan kənar su xəttləri qoşulub pulsuz istifadə edilir. Həmçinin çoxunda su sayğacı mexanikidir, bir neçəsində isə sayğac olsada qeydiyyatı yoxdur.Göyçay şəhərinin Karl Marks küçəsindəki dönərxanada, "Muxtaroğlu" şirniyyat sexində, dörd yol ərazisindəki "Ağ Market" də, Göyçay rayon polis şöbəsinin arxasında yerləşn mebel sexində, "Dostluq" kafesində, dayısı oğlu Elşad Mahmudova məxsus gözəllik salonunda, Tələbə Dövlət Komisiyyası binasında yoxlama aparılsa bu tam subut olunacaq.
Həmçinin mərkəzisu anbarının yanından qeydiyyatsız, sənədləşdilimədən saxtakarlıqla 40-lıq boru ilə istilikxanalara su verib aldığı pulu cibinə qoyur.
Qanuna əsasən qeyri-əhali sayğacları kommersiya obyektlərinə texniki işləri daxil olmaqla 248 manata quraşdırılmalıdır. Ancaq İlqar Mütəllibov 248 manat dövlət rüsumundan əlavə kommersiya obyektindən 300-400 manat əlavə pul alır.
Bir çox sahibkarlar isə İlqar Mütəllibova şəxsən pul versələrdə onların obyektlərinə su sayğacları quraşdırılmayıb ki, həmin sahibkarlar süründürməçiliyə məruz qalıblar.Min bir xırdavat maqazininin sahibi Mahir adlı şəxs, Lepka sexinin sahibi Ələkbər adlı şəxs qanunu pullarını keçirsələrdə indiyə qədər onların obyektlərinə su sayğacı çəkilməyib.Zöhrab adlı şəxsin yuyucu sexinə pul alıb sayğac qoyulsada qeydiyyata aldırmadan pulu alıb cibinə qoyub.
"Göyçay Sukanal" Törəmə Səhdar Cəmiyyətinə məxsus avtomobillərin heç biri icbari sığorta edilməyib və texniki baxışdan keçirilməyib.Su maşınları hamısı icarəyə verilib su satışı ilə məşğul olurlar.İdarəyə məxsus ekskavator ayı 400 manata icarəyə verilib.
İdarəyə baş anbardar vəzifəsinə təyin edilmiş Samir Adıgözəlov ruhi xəstə olduğu üçün hərbi xidmətə yararsız hesab edilib, iş stajı olmaya,11-ci sinifi qurtaran və ruhi xəstə olanı İlqar Mütəllibov küllü miqdarda rüşvət alıb bu vəzifəyə təyin edib.
Qışda don vurma nəticəsində yararsız hala düşmüş smartkart sayğaclarının yerinə Gəncədən 21 manata alınmış mexaniki sayğaclar hər bir abonentin evinə 70 manata quraşdırılmışdı.İlqar Mütəllibov köhnə su anbarındakı 400-500 ölçülü su borularını və bina evlərindəki su şəbəkələrini qanunsuz olaraq sökdürüb satdırıb.
Qeyd edək ki, İlqar Mütəllibov tez-tez qumar oynamqla, narkotika qəbul etməklə məşğul olur.Onu narkoloji testdən keçirsələr bu tam subut olunacaq. O ara adamdır ki, təsadüfən bu vəzifəyə təyin edilib. İlqar Mütəllibov həttda latın əlifbası ilə yazıb-oxumağı belə bacarmır.Bu adam o qədər savadsızdır ki, 31 Mart soyqırım günündə işçiləri bayram günü münasibəti ilə təbrik edib. İşçilərin isti sudan istifadə etməsi üçün su anbarına qoyulmuş areston aparatını aparıb öz evinə qoydurub.Onun bütün bu korrupsiya işlərini sağ əli olan nəzarətçi Vahid Hüseynov aparır. Vahid Hüseynovun nəzarət etdiyi küçələrdə su xətlərinin qanunsuz qoşulmaları aşkar ounaraq akt tərtib edilib İlqar Mütəllibova təqdim edildikdə o həmin aktları cırıb atmışdır.Çünki bu saxtakarlıq əmələri ilə əldə olunan pullar İlqar Mütəllibovun cibinə axır.Nəzarətçi Vahid Hüseynov məxsus "Ömür" aptekində sudan istifadəyə görə qanunsuz olaraq əhali sayğacından istifadə edilir.
İlqar Mütəllibov hamının yanında danışır ki, məni bu vəzifəyə bir başa spiker Oktay Əsədov təyin etdirib, arxamda o dayanır, həttda Bakıya gedəndə spikerin xidmıəti avtomobilindən istifadə edirəm. Təxminən bir neçə ay əvvəl İlqar Mütəllibovun qızı dələduzluq cinayətinə görə Bakının Nəsimi rayonunda 22-ci polis bölməsində saxlanılıb, hazırda isə barəsində cinayət işi istintaq edilir.Müdirin qızı dələduzluq yolu ilə bir neçə şəxsin küllü miqdarda pullarını aldadıb alıb.
Mətbaut vasitəsi ilə hüquq mühafizə orqanlarından xahiş edirik bu şikayətimizdə göstərdiyimiz faktları yerində obyektiv araşdırıb dövlətin vəsaitini talan edən korrupsioner, saxtakar, narkoman İlqar Mütəllibovun barəsində ciddi tədbirlər görsünlər.Həmçinin onun narkoloji testdən keçirilməsi təmin olunmasını xahiş edirik.Korrupsionerin, saxtakarın, narkomanın, qumarbazın və savadsızın vəzifədə nə işi var.İlqar Mütəllibovun yeri zindan olmalıdır.

İmza; Göyçay rayon sakinləri

Əliyev Soltan Teyyub oğlu

Məmmədova Maisə Qalib qızı

Səmədov Ağamusa Kamal oğlu

Qədirli Oruc Vidadi oğlu

xalqxeber.az
 "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən - ŞİKAYƏT
 "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ