SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ABŞ-ın məşhur brendindən Azərbaycana qarşı təxribat - VİDEO

ABŞ-ın məşhur brendindən Azərbaycana qarşı təxribat - VİDEO

Tarix:

20-11-2017, 09:36

/ 1 148 dəfə oxundu.
ABŞ-ın məşhur brendindən Azərbaycana qarşı təxribat - VİDEO

Amerikanın məşhur üst geyim brendi “HUF” üzərində qondarma Dağlıq Qarabağ rejiminin bayrağı olan yeni hudilər (başlıqlı yumşaq sviter) buraxıb.

Bu haqda Rusiya mediasına istinadla xəbər veririk.

Separatçı rejimin üçrəngli bayrağı sviterlərin sol qolu üzərində ağ xalça naxışı ilə Koreya Respublikası və İsveçrənin bayraqları arasında həkk olunub.

Məlumata görə, brendin yeni geyimləri artıq ABŞ və Avropanı fəth edib. Ermənilər “You Tube” kanalına Hollandiya mağazalarında üzərində “Artsax” bayrağı olan sviterlərin satışını nümayiş etdirən videoçarx da yükləyib.

Xəbərdə qeyd edilir ki, “HUF” brendi 2002-ci ildə Los-Ancelesdə həvəskar skeytbord Keyt Hufnagel tərəfindən təsis edilib.


Moderator.az

Şərhlər

XƏBƏR LENTİ