SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Başçı burada yoxdur, gələr təsdiq etdirərəm” - Elmar Vəliyevə müraciət

“Başçı burada yoxdur, gələr təsdiq etdirərəm” - Elmar Vəliyevə müraciət

Tarix:

20-11-2017, 09:28

/ 1 999 dəfə oxundu.
“Başçı burada yoxdur, gələr təsdiq etdirərəm” - Elmar Vəliyevə müraciət

Tanınmış araşdırmaçı, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Dövlət İncəsənət və Ədəbiyyat Arxivinin əməkdaşı Aslan Kənan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə müraciət edərək, ondan kömək istəyib.
Modern.az vasitəsilə icra başçısına müraciət edən Aslan Kənan bildirib ki, bir neçə il öncə Gəncə şəhərinin “Gülüstan” deyilən yerində altı sot torpaq sahəsi alıb, ailəsinin yayda istirahətini təşkil etmək üçün birotaqlı ev tikdirib.
“Məqsədim hər il yay aylarında bura gəlib dincəlmək idi. Bura həm də yaradıcılıq üçün ən əlverişli yerdir. Buna görə də hər il burada dincəlirəm. Məhz buna görə ildə bir ay dincəldiyim evi adıma sənədləşdirmək qərarına gəldim. Buna görə də Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Eldəniz Səttarova müraciət etdim. O məni həmin şöbənin rəisinin yanına apardı. Dedi ki, hörmətli adamdır, ziyalıdır burada tikdirdiyi evi adına sənədləşdirmək istəyir. Allahtərəfi şöbə müdiri o dəqiqə ona göstəriş verdi ki, sənədlər təcili hazırlasın”.
Müraciət müəllifi deyir ki, 2016-cı ilin iyul ayının 14-də Gəncə şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin işçılərindən dörd nəfər əməkdaşı “Niva” markalı maşınla gəlib, ona aid olan evə və həyətə baxış keçiriblər.
“Həmin əməkdaşlar yaşadığım evin, həyətin sahəsini ölçdülər və xüdahafizləşib getdilər. Gedəndə də hələ mənə “xeyirli olsun” deməyi yaddan çıxartmadılar. Onlara minnətdarlığımı bildirdim.
Bir gün sonra Eldəniz müəllimlə görüşdüm artıq evin, həyətyanı sahənin çertyojunu da mənə göstərdi və dedi ki, “sənədə qol çəkildikdən sonra sizə zəng edərəm, bir nəfərə deyərsiniz gəlib götürər”.
Mənim məzuniyyətim bitdiyi üçün Bakıya qayıtdım. Həmin söhbətdən bir ay sonra Eldəniz Səttarovla əlaqə saxladım. Dedi ki, “başçı burada yoxdur, gələr təsdiq etdirərəm”. Bir müddət sonra yenə telefon açdım, dedi ki, “mən məzuniyyətdəyəm, gələrəm, imza atdıraram”. Bir müddət də gözlədim və yenidən telefon açdım. Yenə də həmin cavabı aldım”.

Aslan Kənan indi icra başçısı Elmar Vəliyevdən bu məsələdə yardım istəyib:

“Hörmətli Elmar müəllim!
Bu il yarımda Gəncə şəhər, Nizami rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin mənə qarşı edilən süründürməçiliynə son qoyulmasına kömək etməyinizi Sizdən xahiş edirəm”.

Şərhlər

XƏBƏR LENTİ