SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şagirdi döyən müəllim cəzalandırıldı

Şagirdi döyən müəllim cəzalandırıldı

Tarix:

17-01-2017, 10:03

/ 2 184 dəfə oxundu.
Şagirdi döyən müəllim cəzalandırıldı

Astara rayonunda orta məktəbdə şagirdini döyən müəllim cəzalandırılıb.
Rayonun Şiyəkəran kəndi 1 saylı tam orta məktəbinin müəllimi Namiq Qəhrəmanov 9-cu sinif şagirdi Ələkbərov Etibar Qabil oğlunu döyüb. Belə ki, bu fakta görə, rayon Təhsil Şöbəsi aparılan araşdırmaların nəticəsi olaraq N.Qəhrəmanova töhmət verib.
Eyni zamanda N.Qəhrəmanovun həmin sinif üzrə dərsləri də əlindən alınıb. Ona belə hal təkrarlanarsa, məktəbdən uzaqlaşdırılacağı da bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Astara rayonunun Şiyəkəran kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Namiq Qəhrəmanovun 9-cu sinif şagirdi Etibar Ələkbərovu döyməsi ilə bağlı video yayılıb.
Müəllim buna səbəb kimi məktəblinin özünü intizamsız aparmasını göstərib.

Şərhlər

XƏBƏR LENTİ