SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Bank Respublika"nın özbaşınalığı... - ETİRAZ

"Bank Respublika"nın özbaşınalığı... - ETİRAZ

Tarix:

20-10-2017, 14:06

/ 112 029 dəfə oxundu.
"Bank Respublika"nın özbaşınalığı... - ETİRAZ

Tanınmış hüquqşünas Ələsgər Məmmədli müştərisi olduğu "Bank Respublika"nın özbaşınalığı və qanunları heçə saymasından yazıb.

Hüquqşünas ötən gün 6 ildən çoxdur müştərisi olduğum "Bank Respublika"nın C. Cabbarlı küçəsində yerləşən Nərimanov filialına getdiyini və elektron şəkildə şəxsiyyətini təsdiq edən sənədi göstərməsinə baxmayaraq, bank əməkdaşları tərəfindən kobud münasibətlə üzləşdiyini deyib:

"Dünən 6 ildən çoxdur müştərisi olduğum "Bank Respublika"nın C. Cabbarlı küçəsində yerləşən Nərimanov filialına getdim ki, mənə verdikləri və ayın sonunda müddəti bitən virtual kartımın istifadə müddətinin artırılmasına nail olum. Qarşılaşdığım münasibət məni heyrətə saldı. Doğrusu hələ də orda qarşılaşdığım münasibətin təsirindəyəm.
Bank sektoru rəqabətli sektor olduğundan burda müştərini saxlamaq, yeni müştəri cəlb etməkdən daha çətindir və normal biznes məntiqi ilə hər müştəri üçün bank mübarizə aparmalı, onu özündə tutmağı bacarmalıdır.
Mən şöbəyə daxil olub, sıra nömrəsi götürdüm və mənim növbəm gəldiyi zaman nömrə göstərilən xidmətçiyə yaxınlaşdım. Gənc bir xanım idi. Həmişə xidmət göstərənləri tanıdığımdan, bu xanımın yeni gəldiyi qənaəti məndə yarandı. Çox nəzakətlə salamlaşıb, 6 ildən çoxdur xidmət aldığım şöbədə həmin şöbə tərəfindən mənə verilən kartı xanıma təqdim etdim və onun müddətinin sona çatmaqda olduğunu, uzadılmasını xahiş etdim.
Xanım əməkdaş öncə kartı aldı, kompüterə bir şeylər yazdı və mənə şəxsiyyət vəsiqəmi təqdim etməmi istədi. Mən dərhal əlimi cibimə atdım, amma xatırladım ki, vəsiqə maşında qalıb. Odur ki, ağıllı telefonun ekranında şəxsiyyət vəsiqəmi açıb, xanıma təqdim etdim. O, bunu qəbul edə bilmərik, hökmən ŞV özü olmalıdır dedi.
Mən öncə elə bildim ki, mənimlə zarafat edir, dedim ciddisiniz, ŞV özünü fiziki şəkildə əlinizdə tutanda yenə eyni məlumatların, sistemdəki ilə eyniliyini yoxlamayacaqsız? Sizin üçün onu görmək önəmlidir, yoxsa tutmaq? Məntiqlə və hüquqla siz mənim şəxsiyyətimi eyniləşdirən sənədin bilgilərindən istifadə edirsiz. Onlar da hamısı ekranda var. Sonra düşündüm ki, xanıma daha güvənli bir yol təklif edim.
Telefonda e-gov.az sisteminə girdim və öz hesabıma girib, ordan DİN-in xidmətləri arasından mənə verilən Şəxsiyyət vəsiqəsi bigilərini endirdim və dedim indi daha əmin ola bilərsiz. E-hökumət sisteminə keçidimizin bir məqsədi də sənədlərə virtual çıxış imkanıdır. Əlavə etdim ki, istərsəniz siz də öz kompüterinizdən sistemə girə bilərsiz və eyni kodu mən ora da daxil etdikdə sənədin əslini orda tapacaqsız.
Maraqlıdır, xanım israr etdi və bu zaman mən daha səlahiyyətli və hüquqdan anlayan birinin gəlməsini istədim.
Biri gəldi, adının Mirzə və soyadnın Sadiqov olduğunu çətinliklə öyrəndiyim bu şəxsə izah etdikdə təəccüblü olsa da o da kartı qəbul etməkdən imtina etdi və şəxsiyyət vəsiqəsinin özünü əlinə almaq istədiyini dedi. Mən ona izah etdim ki, hökumət yüz milyonlarla vəsait xərcləyib ki, sənədlərin elektron dövriyyəsi olsun, insanlar kargüzarlıq işlərindən qismən azad olsun, kağız-kuğuz daşımasın. Amma bu şəxsə izahım yetərli gəlmədi. Ondan xahiş etdim ki, mənə yazılı təqdim etsin ki, o nədən elektron sənədi qəbul etməkdən imtina edir və xidmət göstərmir. Rəsmi arayış verməkdən də imtina etdi".
Ə.Məmmədlinin sözlərinə görə, bu münasibət qarşısında o "Bank Respublika"nın müştərisi olmaqdan imtina edib:
"Beləliklə, mən bankdan və onların xidmətindən nümayişkəranı imtina etdiyimi bəyan edib, şöbədən ayrıldım. Sizlərlə də bunu paylaşmağımın məqsədi 16-cı əsrin bankının xidmətindən istifadə etmədən öncə düşünün. Qoy bank sistemində belə orta əsrlər qafası ilə işləyən "mütəxəssis”lər saxlayan bankirlər bir daha düşünsün".

Şərhlər

XƏBƏR LENTİ