SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vergi müfəttişlərindən inanılmaz dələduzluq - İDDİA

Vergi müfəttişlərindən inanılmaz dələduzluq - İDDİA

Tarix:

20-10-2017, 09:49

/ 92 399 dəfə oxundu.
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - İDDİA

Vergilər Nazirliyinin əməkdaşları Şəmkir rayon sakini Musa Səfərovun adına sex açıblar. Daha sonra onun işçilərlə əmək müqaviləsi bağlamadığına dair akt tərtib ediblər. Qəribə görünsə də, həqiqət belədir. Musa Səfərov İstiqlal.az-a hadisənin təfərrüatlarını yazıb:
"Bu yaxınlarda mənə məktub gəldi ki, guya mən Bakı tərəflərdə hardasa sex işlətmişəm və 16 nəfəri işə cəlb edib əmək müqaviləsi bağlamamışam. Sizi inandırım ki, mən heç o obyektin üzünü belə görməmişəm. Həmin adamlar heç məni tanımır. Mən heç bir sahibkarlıq fəaliyyəti göstərmirəm. Akt tərtib ediblər ki, guya mənimlə telefon əlaqəsi saxlayıblar. Aktda qeyd etdikləri nömrə mənə məxsus deyil. Onlar kiminlə danışıb necə danışıb bilmirəm? Mənim adımdan obyekt götürüb işlətməyi isə ümumiyyətlə heç kimə həvalə etməmişəm. Belə olan halda kimsə mənim adımdan istifadə edə bilməz. Əgər mənim adımdan istifadə edirsə, onda mənim etibarnaməm olmalıdır. Kimdir həmin şəxs? Bəlkə vergi orqanı bilir mənim xəbərim yoxdur?"
Musa Səfərov vergilər naziri Fazil Məmmədovdan məsələnin ciddi araşdırılmasını tələb edir. O, qeyd edib ki, artıq bir neçə dəfə Vergilər Nazirliyinə müraciət ünvanlayıb. Lakin cavab verilməyib. Bu dəfə nazirin özünə müraciət edib. "Cavab verilməsə, prezident İlham Əliyevə müraciət edəcəm", - deyə şikayətçi bildirib.
Musa Səfərovun vəkili Əziz Qənbərov da bildirib ki, Vergilər Nazirliyi hüquqlarını müdafiə etdiyi şəxsin müraciətlərini araşdırmayıb. Vəkil qeyd edib ki, Vergilər Nazirliyinin bu hərəkətsizliyi Vergi Məcəlləsinin 63-cü maddəsinin tələblərinə ziddir. "həmin maddənin tələblərinə əsasən vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir".

Şərhlər

XƏBƏR LENTİ