SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda kuryoz hadisə: Kapitan gəmini partlatmaq istədi - şəxsi evinin uçurulmaq təhlükəsi var...

Bakıda kuryoz hadisə: Kapitan gəmini partlatmaq istədi - şəxsi evinin uçurulmaq təhlükəsi var...

Tarix:

17-10-2017, 14:08

/ 63 165 dəfə oxundu.
Bakıda kuryoz hadisə: Kapitan gəmini partlatmaq istədi - şəxsi evinin uçurulmaq təhlükəsi var...

Bakıda gəmi kapitanı polisə zəng edərək, gəmini partlatmaqla hədələyib.
Hadisəni Xəzər dəniz neft donanmasının Aria-142 gəmisinin kapitanı, 1977-ci il təvəllüdlü Elsevər Qəribov törədib. Kapitanın bu addımı atmasına səbəb isə yaşayış yerində üzləşdiyi problem olub.
Belə ki, onun Biləcəri qəsəbəsindəki yaşayış passivindəki şəxsi evinin uçurulmaq təhlükəsi var. Ona bildiriblər ki, evi AR Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin sərəncamında olan ərazidə yerləşir. Buna görə də İdarənin əməkdaşları Qəribovlar ailəsinə bildiriblər ki, neft kəmərlərinə yaxın ərazidə yerləşən evləri yıxmaq məcburiyyətindədirlər.
Bununla əlaqədar olaraq kapitan "102" xidmətinə zəng edərək bildirib ki, ailəsinin yaşamağa yeri yoxdur, əgər onun evini yıxsalar, o, kapitanı olduğu gəmini partladacaq.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları onun müraciətini qeydə alıblar və araşdırma aparmağa başlayıblar. Sonra Qəribov bildirib ki, gəmini partlatmaq niyyəti barədə məlumat verərkən qəzəbli olub.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məsələ ilə bağlı bildiriblər ki, hazırda SOCAR-ın ərazilərində tikilən qanunsuz evlərin sökülməsi ilə bağlı hər hansı iş getmir.
Qeyd edək ki, neft yataqları ərazisində tikilmiş yaşayış evləri ilə bağlı problem çoxdan mövcuddur. Hələ 90-cı illərdə Bakıda SOCAR-ın sərəncamında olan ərazilərdə rayon icra hakimiyyətlərinin və bələdiyyələrin səssiz qalması nəticəsində çoxsaylı yaşayış evləri tikilib.
Qaradağ, Binəqədi və Sabunçu rayonlarındakı neft nasoslarının və kəmərlərin yaxınlığında, ekoloji cəhətdən qənaətbəxş olmayan ərazilərdə də qanunsuz tikilmiş yaşayış evləri var. Bir müddət əvvəl SOCAR-ın müvafiq strukturları bu evlərin sökülməsinə qərar verərək, bəzi evləri söksə də, əhalinin göstərdiyi müqavimət nəticəsində söküntü işləri müvəqqəti olaraq dayandırılıb.

Şərhlər

XƏBƏR LENTİ