SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » ABŞ-dan Türkiyəyə viza güzəşti

ABŞ-dan Türkiyəyə viza güzəşti

Tarix:

17-10-2017, 11:50

/ 64 169 dəfə oxundu.
ABŞ-dan Türkiyəyə viza güzəşti

Türkiyə vətəndaşlarına qeyri-miqrant vizaların verilməsini dayandıran ABŞ məsələ ilə bağlı yeni qərar qəbul edib.

Türkiyə mediasına istinadən xəbər veririk ki, dünən alınan qərara əsasən, ABŞ səfirliyi tibbi və digər vacib insani vəziyyətlərdə Türkiyə vətəndaşlarına viza verəcək.

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuz FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək həbs edilmiş, ABŞ isə bu qərara etiraz olaraq Türkiyə vətəndaşlarına qeyri-miqrant vizaların verilməsini dayandırmışdı.

Şərhlər

XƏBƏR LENTİ