SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Generalın 7 rayonda “gözə kül üfürən” yerdəyişmə əməliyyatı - rüşvət dosyesi

Generalın 7 rayonda “gözə kül üfürən” yerdəyişmə əməliyyatı - rüşvət dosyesi

Tarix:

16-10-2017, 22:38

/ 74 370 dəfə oxundu.
Generalın 7 rayonda “gözə kül üfürən” yerdəyişmə əməliyyatı - rüşvət dosyesi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 rayon şöbəsinin rəisi işdən çıxarılıb
Məlumata görə, Xidmət rəisi Arzu Rəhimov müvafiq əmr imzalamasına səbəb yerdəyişmələr aparmaq olub.
Nəticədə adı tez-tez rüşvətdə keçən, rayonda narazılıq yaradan komissarlar başqa bölgələrə transfer edilib.
A.Rəhimov real islahatlara başlasaydı, şöbələrə yeni rəislər təyin edərdi. Amma Xidmət rəisi adı rüşvətə qarışmış 7 rayonda yerdəyişmə əməliyyatı “gözə kül üfürmək”dir.
Əmrə əsasən, xidmətin Ağdaş rayon şöbəsinin rəisi Sadiq İsmayılov tutduğu vəzifədən azad edilərək, Balakən rayon şöbəsinin rəis təyin olunub.
Balakən rayon şöbəsinin rəisi Fuad Cəniyev tutduğu vəzifədən azad edilərək, Lerik rayon şöbəsinin rəisinə göndərilib.
Lerik rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev tutduğu vəzifədən azad edilərək, Masallı rayon şöbəsinin rəisi, Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev tutduğu vəzifədən azad edilərək, Qazax rayon şöbəsinin rəisi təyin olunub.
Qazax rayon şöbəsinin rəisi Vüqar Mirzəyev tutduğu vəzifədən azad edilərək, Kəpəz rayon şöbəsinin rəisi, Kəpəz rayon şöbəsinin rəisi İlqar Əliyev tutduğu vəzifədən azad edilərək, Qəbələ rayon şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Bundan başqa, xidmətin Qəbələ rayon şöbəsinin rəisi olmuş Niyaz Məmmədov tutduğu vəzifədən azad edilərək, xidmətin baş idarəsində vəzifəyə gətirilib. Xidmətin Ağdaş rayon şöbəsinin rəisi vəzifəsinə isə Ağaverdi Fəttahov təyinat alıb.
Məlumata görə, həmin 7 şöbənin adı zaman-zaman rüşvətdə, “niqodnıy” bilet biznesində hallanıb.
Arzu Rəhimovun rəhbərlik etdiyi Dövlət Xidmətində baş verən qanun pozuntuları davamlı olaraq mediada işıqlandırılır.
Buna baxmayaraq Arzu Rəhimov rəhbərlik sahəsində heç bir dəyişiklik etmək istəmir. Görünür, mövcud durum xidmət rəisinin maraqlarına tam cavab verir...
Arzu Rəhimov General Novruzəli Orucov işdən çıxarılandan sonra qurumun bütün maliyyə axınlarına təkbaşına nəzarət etməyə başlayıb:
“Niqodnıy” bilet biznesi və digər korrupsiya əməliyyatlarında Rəhimovun inhisarçılıq yaradacağı bildirilir. Odur ki, bundan yaxşı fürsət olmazdı.
Məlumata görə, Arzu Rəhimov hərbi komissarlıqlarda geyim biznesi qurub. Mətbuatda gedən məlumatlara görə, general hərbi komissarlıqlarda xidməti uniformaları satışa çıxarıb.
Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A. Rəhimovun planına əsasən pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir.
Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər.
A. Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.
Deyilənə görə, Xidmət rəisi regionlarda komissarlıqların təmir və yenidənqurması işlərinin xərcini komissarların boynuna qoyur. Baxmayaraq ki, dövlət tərəfindən bu işlərə vəsait ayrılır.
Beləcə, A.Rəhimovun uniforma biznesi, maxinasiyalar, əsgərlikdən yayınma biznesi və s. kimi hallarla bağlı monopolistə çevriləcəyi qeyd edilir.
Maraqlıdır ki, bu Xidmətin yaranma tarixi çox uzaq deyil. Yəni, son bir neçə ildir ki Səfərbərlik Xidməti yaradılıb.
Ancaq çox qısa müddətdə A. Rəhimov bu sahəyə rəhbərlik etməklə milyonlara sahiblənib, böyük maliyyə əldə edib və oliqarx-general olub. N. Orucovun gedişi isə xüsusi olaraq Xidmətdə toy-bayrama gətirib çıxarıb.

Şərhlər

XƏBƏR LENTİ